Bolşevik rəhbərlərinin şəxsi mühafizə dəstəsinin üzvləri çinlilər idi

Lenin, Trotski, Buxarin və bir çox bolşevik rəhbərlərinin şəxsi mühafizə dəstəsinin üzvləri çinlilər idi.

Onlar Rusiyaya necə düşmüşdülər?

1915-ci ildə Petroqrad-Mürmansk dəmir yolunun çəkilişində çalışmaq üçün Rusiyanın tabeliyində olan Mancuriyadan gətirilən çinlilər, sonradan öz ölkələrinə qayıtmadılar. 1917-ci il çevrilişindən sonra Leninin İnternasional briqadasının ən qəddar üzvlərinə çevrilən çinlilərin vəhşiliyi, «Qırmızı terror»un fonunda belə, insanları vahiməyə salırdı. Din xadimlərinin xüsusi amansızlıqla öldürülməsi də onlara tapşırılırdı.

N. Ostrovskinin «Polad necə bərkidi» əsərində çinlilərin əli ilə Ukraynanı ukraynalılardan «təmizləmə» prosesi təsvir olunub.

Eldar Tağıyev, Ukrayna

Bu xəbəri paylaşın: