Milli Qəhrəman, general-mayor Polad Həşimovun doğum günüdür

Bu gün Milli Qəhrəman, general-mayor Polad Həşimovun doğum günüdür.

O, 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam qəsəbəsində anadan olmuşdur.

2020-ci il iyulun 12–16-da baş verən döyüşləri idarə edən Polad Həşimov iyulun 14-də səhər saatlarında Tovuz rayonu istiqamətində tabeliyində olan əsgərlərlə bir yerdə döyüş zamanı ön xətdə şəhid olmuşdur.

Bu gün qazanılmış Zəfərin simvoluna çevrilən generalımız II Şəhidlər Xiyabanında dəfn olunub.

Allah rəhmət eləsin!

Bu xəbəri paylaşın: