Yüksək peşəkarlığı və humanistliyi ilə, nəzəri və praktiki biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyətilə, dəqiqliyi və təmkinliyi ilə, sadəliyi və səmimiyyəti ilə seçilən ömrünün 18 ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirən ehtiyyatda olan mayor İsgəndərov Tahar İsgəndər oğlunun 3 yanvar 58 yaşı tamam olur.
Ad günü münasibətiylə AVMVİB Rəhbərliyi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev ehtiyatda olan mayor Tahar İsgəndərovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir edır, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, aılə səadati və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
Mayor İsgəndərov Tahar İsgəndər oğlu 03 yanvar 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində dünyaya göz açıb.
1981-ci ildə Naxçıvan şəhərində orta məktəbi, 1993-cü ildə Bakı şəhərində Azərbaycan Dövlət Neft Akademiyasını Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində isə Türkiyə Cümhuriyyətinin Jandarma Qüvvələrinin və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin hərbi məktəblərində zabitlərin ixtisas artırma kurslarını bitrib.
Tahar İsgəndər oğlu Isgəndərov 1982-1984-cü ilərdə Sovet ordusunda müdddətli həqqi hərbi xidmətdə olub.
1995-2012-ci illərdə SSRİ Müdafiə Nazirliyinin Daxili Qoşunların BAŞ İdarəsinin Naxçıvan Muxtar Respublikasında yerləşən Əlahiddə Birqadasında taqım və böluk komandiri, qərargah rəisinin döyüş hazırlığı üzrə müavini vəzifəsində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.DQBİ-nin Naxçıvan şəhərində yerləşən Əlahiddə Hərbi hissə komandirinin müavini-qərargah rəisi vəzifəsini icra etmişdir.
O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özunü uşaq vaxtlarından, gözəl ailə və məktəb tərbiyəsi ilə böyümüş, əxlaqı tərbiyəsi yerində olan, nizam və intizamlı hərbiçi kimi göstərmişdir.O işlədiyi və oxuduğu təhsil müəssisələrində, yaşadığı ərazidə kollektiv arasında həmişə müsbət mənada seçilərək, başqaları üçün nümunə olmuşdur.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə, hərbi andın, hərbi nizamnamələrin və digər hüquqi- normativ aktların tələblərinə, eləcədə vəzifə borclarının icrasna məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir cox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəsələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə, dost-tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
İsgəndərov Tahar İsgəndər oğlu Naxçıvan Muxtar Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, Şəhərdə və yaşayış məntəqələrində baş vermiş ixtşaşların qarşısının alınmasında, fövqaladə vəziyət zamanı rejim karantin tədbirlərinin həyata keçirilməsində, Dövlətin ərazi bütövlüyünün təmin edilməsində üzərinə düsən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.
Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyası hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə görə Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanın və onun müavinlərinin, hərbi hissə komandirinin müvafiq əmrləri ilə «Əla Xidmələrə görə » döş və yubiley nisanları ilə təltif olunub, pul mükafatları ilə, fəxri fərmanlarla və qiymətli hediyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.
Döyüş hazırlığındakı əla göstəricilərə görə,təlimlərdə, döyüş xidmətində və döyüş növbəsində xüsusi fəriqlənməyə görə şücaət və fədakarlıq xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri, «Qusrsuz xidmətlərə görə » 2-ci və 3-cü dərəcəli, ‘Silahlı Qüvvələrin yaranmasının» isə 10-iliyi və 90-iliyi medalları ilə təltif edilib.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, TAHAR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev







