Qətlə yetirilən sərhədçilər dəfn olundu

Yanvarın 2-də saat 18:00 radələrində Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş çavuş Elxan Məhəmməd oğlu Əvəzlinin naməlum səbəbdən öz xidməti silahından atəş açmaqla qətlə yetirdiyi sərhəd zastavasının hərbi qulluqçuları baş leytenant Yusif İsmayıl oğlu İsmayılovun, kiçik gizir Amil Fuar oğlu Cəlilzadənin və kiçik gizir Rəfail Natiq oğlu İbrahimovun nəşi bu gün ailələrinə təhvil verilib.

Qətlə yetirilmiş sərhədçilər doğulduqları şəhər və rayonlarda dəfn ediliblər.

Qeyd edək ki, baş çavuş E.Əvəzli hadisədən sonra silahını ataraq hadisə yerindən qaçıb. Gecə saat 00:30 radələrində o, Laçın rayonu Malxələf kəndi ərazisində tutulub.

Dövlət Sərhəd Xidmətinin və Baş Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Mənbə: Axar.az

Bu xəbəri paylaşın: