Rusiya və Türkiyə prezidentləri telefonla beynəlxalq məsələləri, o cümlədən Moskva üçün Qərbin təhlükəsizlik təminatı, Cənubi Qafqaz və Suriya-Liviya böhranının həllini müzakirə ediblər.
Rusiya prezidenti Vladimir Putin bazar günü türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
TASS xəbər agentliyinin verdiyi məlumata görə, Kremlin bəyanatında deyilir:
«Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bir-birini Yeni il münasibətilə təbrik edib, ikitərəfli əməkdaşlığı nəzərdən keçirib və iki tərəf arasında qarşılıqlı faydalı tərəfdaşlığı gücləndirməkdə davam etmək əzmində olduqlarını təsdiqləyiblər. Tərəflər bəzi beynəlxalq məsələləri, o cümlədən Rusiyanın təhlükəsizliyinə zəmanət verən hüquqi qüvvəyə malik sazişlərin işlənib hazırlanmasına dair son təklifləri, Cənubi Qafqazdakı vəziyyət və Suriya və Liviya böhranlarının həlli səylərini də müzakirə ediblər».
Mənbə: FNA