Beyləqan və Xocavənd veteranları əsgərlərlə görüşüblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Xocavənd və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi veteranları N saylı hərbi hissədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbir keçiriblər.


Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədovun rəhbərliyi ilə müharibə veteranlarımız, ictimaiyyət nümayəndələri və şəhid valideynləri əsgərlərimizlə görüşdə yaxından iştirak ediblər.


Müharibə veteranları əsgərlərimizin vəziyyəti ilə maraqlanıblar. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov çıxış edərək AVMVİB Rəhbərliyinin təbriklərini çatdırıb və hərbçilərimizə veteranlar adından minnətdarlığını bildirib.

Daha sonra bir qrup fəal müharibə veteranı Fəxri fərmanlarla təltif ediliblər.

Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: