İnsan ücün ən yadda qalan günlərin başlıcası onun həyata gəldiyi gündür. Ömrə bəzək olan ad günü hər il xüsusi ilə qeyd olunur. 5 yanvar Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Rzaquliyev Füzuli Ədəb oğlunun dünyaya göz açdığı gündür. Bu gün münasibətilə AVMVİB Rəhbərliyi (İdarə heyəti), Fədai.az və Veteran.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Füzuli müəllimi doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən naliyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!
2-ci qrup müharibə əlili Rzaquliyev Füzuli Ədəb oğlu 5 yanvar 1961-ci ildə Ağdərə rayonunun Xatınbəyli kəndində anadan olub.
O, 1976-ci ildə Ağdərə rayonunun Xatunbəyli kəndində səkkiznici sinifi, 1978-ci ildə Ağdərə rayonunun Manikli kənd orta məktəbini, 1986-cı ildə isə Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Hərbi Hazırlıq və Bədən Tərbiyəsi fakultəsini bitirib.
Füzuli Rzaquliyev 1980-1982-cı illərdə Sovet ordusunda müdddətli həqiqi hərbi xidmətdə olub.
O, 1986 -1989- cu illərdə Qarabağda hərbi (rəhbər) müəllim, 1989-1991- cı ilərdə isə Bakı Kommersiya Texnikomunda müəllim işləyib. Milli Ordunun yaranmasında iştirak etmiş az saylı zabitlərimizdəndi. 1991-1994-cü illərdə Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən N saylı hərbi hissədə tabor komandirinin birinci müavini — qərargah rəsi vəzifəsində Vətənə, Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir. O, Azərbaycan Respublikasının Ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ona və tabora həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. Bundan əlavə Füzuli Rzaquliyev Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə ağır yaralanmışdır.
O, döyüşdə ağır yaralansa da son atəşkəs günə qədər Ordu sıralarını tərk etməmişdir. Erkəş, Mənəş, Buzluq, daha sonra Daşaltı yaşayış məntəqələri, Şuşa, Kəlbəcər, Laçın, Ağdərə rayonları istiqamətində gədən döyüşlərdə özünü bacarıqlı bir komandir kimi göstərmişdir. Göstərdiyi çox saylı şücaətlərə görə Füzuli Rzaquliyevə döyüş dostları «Koroğlu» ləqəbi vermişdilər.
O, Azərbaycan Ordusunudan tərxis edildikdən sonra Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yaradıcılarından biri kimi Birliyin rəhbərliyində təmsil olunmuş, işlədiyi müddətdə Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə müvafiq Nizamnamələrin, təlimatların, əsasnamə və əmrlərin yerinə yetirilməsinə məsuliyyətlə yanaşıdığna görə bir çox medallarla, döş nişanları ilə, fəxri fərmanlarla təltif edilib və ona təşəkkür elan edilib.
Füzuli Rzaquliyev doğulduğu və yaşadığı kəndin, 1-ci və 2-ci Vətən müharibəsində iştirak etmiş döyüşcülərin, xeyir və şərində yaxından iştirak edən bir ziyalıdır. O, ictimaiyyət, dost-tanış arasında, işlədiyi və xidmət etdiyi kollektivdə böyük hörmət qazanmışdır. Dostluqda möhkəm və sadiq insandır. Onunla dostluq edən hər bir şəxs ondan narazı qalmayıb. Füzuli müəlim qohum və dostcanlı bir şəxsdir. O hamı ilə maraqlanır, onların problemlərinin həllində onlara köməklik etməyə çalışır. Qohum-əqraba, dost -tanış, müharibə iştirakçıları arasında böyük hörməti var. Onların xeyir və şər işlərində yaxından iştirak edərək öz məsləhətlərini verir. Məhz bu xüsusiyyətə görə hər kəs, müharibə görmüş döyüşçülər, şəhid ailələri onu çox sevirlər və ona dərin rəğbətlə yanaşırlar.
Füzuli müəllim idarəetmə qabiliyyətinə və böyük söz ehtiyatına malik olan bir vətənpərvər, zəhmətkeş insandır. O istənilən adamla söhbət edən zaman mənalı fikirlər və müdrik kəlamlardan sitat gətirərək, qarşısındakı həmsöhbətini təəccübləndirməyi bacararır.
Onunla söhbət edən hər bir kəs, Füzuli Rzaquliyevin necə sadə, necə alicənab, təvazökar və dünyagörüşlü bir ziyalı olduğunu o dəqiqə anlayır, ona böyük hörmət və ehtiramla yanaşır .
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin yarandığı gündən AVMVİB-nin sıralarındadır və hazırda AVMVİB-nin sədridir. Füzuli müəllim əsil vətənpərvər, cəmiyyət, dövlətçi, mehriban, səmimi, savadlı şəxsiyyət kimi tanınan insanpərvər vətəndaşdır.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın erməni işğalından təmizlənməsi uğrunda 2020-ci ilin sentyabr ayının 27-dən başlayan müzəffər ordumuzun rəşadətiylə qırx dörd günlük qələbəmizlə başa vurmasında Füzuli Rzaquliyevin də xidmətləri var. Onun sonadək döyüş bölgələrində olması, daimi döyüşçülərimizin yanında olması, onları döyüşə ruhlandırması və oğlu baş leytenant İlkin Füzuli oğlu Rzaquliyevin işğal altında olan rayonlarmızın azad olunmasnda göstərdiyi qəhramanlıq və şücaət bir əsil vətənpərvərlik nümunəsidir.
Füzuli müəllim qorxmaz, isanpərvər, səxavətli, əliaçıq və zəhmətkeş zabitdir və yaxşı ailə başçısıdır. O, işlədiyi və xidmət etdiyi kollektiv, dost- tanış, qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, FÜZULİ MÜƏLLİM!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
Dərin hörmətlə, AVMVİB Rəhbərliyi (İdarə həyəti), Azərbaycan Vətən Müharibəsi Vetiranlari İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev