ABŞ kəşfiyyatı Vladislav Klyuşinin Kremlin «məxfi adamı» olduğuna inanır…
2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərində haker hücumu ilə əlaqəsi olduğu iddia edilən rus iş adamı Vladislav Klyuşin həbs edilib.
Bu barədə «Bloomberg» xəbər verib. Məlumatda deyilir ki, Vladislav Klyuşin dekabrın 18-də insayder ticarəti ittihamı ilə İsveçrədən ekstradisiya edilib. Lakin Amerika rəsmiləri onun Rusiyanın kəşfiyyat əməliyyatları, o cümlədən Donald Tramp və Hillari Klinton arasında keçirilən seçkilərin xaricdən manipulyasiyası ilə bağlı dəlillər barədə məlumatı olan Kremlin «məxfi adamı» olduğuna inanır.
Belə ki, 18 ay əvvəl Rusiya prezidenti Vladimir Putinin fəxri medalı ilə təltif edilmiş 41 yaşlı Klyuşinin təxminən altı il əvvəl Demokrat Partiyasının serverlərinin “Fancy Bear” adı ilə sındırılmasına dair sənədlərə çıxışı var və bu, ABŞ rəsmilərinə Rusiyanın prezident seçkilərinə təsir göstərmək cəhdləri ilə bağlı ən aydın mənzərəni təmin edə bilər.
Klyuşin seçkilərin manipulyasiya sxemlərində iştirak etməkdə ittiham olunan bir neçə yüksək rütbəli şəxslərdən biridir. Hansı ki, onlardan ikisi bir neçə il əvvəl seçkiyə müdaxilədə iştirak edən digər rusların ittiham aktı ilə nəticələnən məlumat veriblər və Rusiya bunu dəfələrlə təkzib edib.
Mənbə: Qafqaz.media