Qazaxstanda atəş səsləri eşidilir, atan qazaxlar yox, «kazaklardır»…

Qazaxıstanın Almatı şəhərinin bəzi ərazilərində atəş səsləri eşidilir.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, iğtişaşların baş verdiyi bölgələrin demək olar ki, hamısında vəziyyət sabitləşib.

Asayişin bərpası üzrə əməliyyat davam edir. Kommunal obyektlərin işi bərpa olunur. Qazaxıstanda hazırda fövqəladə vəziyyət rejimi qüvvədədir.

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında iğtişaşlarda iştirak edən 5,1 mindən çox insanı saxlayıb. 

TASS xəbər verir ki, bu barədə respublikanın Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bu vaxta qədər bütün Qazaxıstan ərazisində 5 135 nəfər saxlanılıb”, — məlumatda deyilir.

16 nəfər asayiş keşikçisinin öldürüldüyü deyilsə də dinc sakinlər arasında və etirazçılar arasında öldürülənlərin sayı barədə məlumatlar verilmir.

Bu xəbəri paylaşın: