Qazaxıstanda 164 nəfər həlak olub

Qazaxıstanda iğtişaşlar zamanı 164 nəfər həlak olub.

Bu barədə Qazaxstanın Səhiyyə Nazirliyindən məlumat verilib.

Nazirliyin verdiyi məlumata görə, yanvar ayında Qazaxıstanda iğtişaşlar başlayandan bəri Alma-Ata şəhərində 103 nəfər ölüb.

Qızıl Orda vilayətində 21 nəfər, Jambul vilayətində 10 nəfər, Alma-Ata vilayətində isə 8 nəfər ölüb.

Qazaxıstanda kütləvi etirazlar 2022-ci ilin ilk günlərində başlayıb. Daha sonra ölkənin qərbindəki Janaozen və Aktau şəhərlərinin sakinləri maye qazın qiymətinin iki dəfə artırılmasına qarşı çıxıblar, sonra etirazlar digər şəhərlərə də yayılıb.

Yanvarın 4-ü və 5-də Almatıda təhlükəsizlik qüvvələri ilə toqquşma baş verib, polis gözyaşardıcı qaz və qumbaralardan istifadə edib.

Qazaxıstanda internet kəsilib, bir sıra telekanalların yayımı müvəqqəti dayandırılıb. Yanvarın 19-dək bütün ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edilib.Yanvarın 5-də prezident Kasım-Jomart Tokayev hökuməti istefaya göndərib və respublikanın Təhlükəsizlik Şurasına rəhbərlik edib. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Tokayevin müraciəti ilə əlaqədar Qazaxıstana sülhməramlı qüvvələrin göndərilməsi barədə qərar qəbul edib.

Yanvarın 10-da bütün ölkə ərazisində matəm elan edilib.

Xatırladaq ki, təhlükəsizliyin təmin olunmasına çalışan asayiş keşikçilərindən 16 nəfər öldürülüb, 350 nəfər isə yaralanıb.

Bu xəbəri paylaşın: