İnsan üçün ən yadda qalan günlərin başlıcası onun həyata gəldiyi gündür. Ömürə bəzək olan ad günü hər il xüsusilə qeyd olunur. Belə insanlardan biri də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin sədri Əliyev Ramiz Allahverdi oğludur. Yanvar ayının 10-da onun 58-yaşı tamam olur.
Daim həyatın imtahanlarından alnıaçıq, üzüağ çıxan 2-ci qrup müharibə əlili Əliyev Ramiz Allahverdi oğlunu belə bir əlamətdar gün münasibətilə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi və Fədai.az kollektivi səmimi qəlbdən təbrik edir, səbəbkara həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti, həyat yollarında bitib— tükənməyən naliyyətlər arzulayırlar.
Arzu edirik ki, Ramiz Əliyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin. Amin!
Əliyev Ramiz Allahverdi oğlu 10 yanvar 1964-ci ildə Kəlbəcər rayonunda anadan olub.
O, 1980-ci ildə Kəlbəcər şəhər orta məktəbin birinci sinfinə getmiş, 1980-ci ildə həmin məktəbi bitrmişdir.
Ramiz Əliyev 1982-1984-cü illərdə Sovet Ordusunun Monqolustanda yerləşən hərbi hissələrin birində müdddətli həqqi hərbi xidmətdə olmuşdur.
O, müddətli həqiqi hərbi xidmətini başa vurduqdan sonra 1985- 1991-ci ilərdə Kəlbəcər rayon Çörək Zavodunda anbar rəisi və kassir vəzifələrində işləyib.
1992-1994-cü ilərdə könüllü olaraq Milli Ordu sıralarına yazılaraq Müdafiə Nazirliyinin Kəlbəcər rayonu ərazisində yerləşən hərbi hissənin tərkibində Azərbaycan ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edib və ağır yaralanıb və 2-ci qrup müharibə əlilidir.
Ramiz Allahverdi oğlu Əliyev 2016- cı ildədən etibarən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Kəlbəcər rayon şöbəsinin sədridir.

DÖĞUM GÜNÜZ MÜBARƏK OLSUN!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev
Doğum günü münasibəti ilə Azərbaycan Vətən Muharibəsi Veteranları Ictimai Birliyi (AVMVİB) rəhbərliyi Ramiz Əliyevi təbrik edir, can sağlığı, uzun ömür və Kəlbəcərli günlər arzulayır. İnanırıq ki, bundan belə də Ramiz Əliyev AVMVİB Kəlbəcər rayon şöbəsinin sədri kimi hərbi vətənpərvərlik ruhunun gənclər arasında yüksəldilməsinə öz töhfəsini verəcəkdir.
100 YAŞA, Ramiz bəy!














