Azərbaycan SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsinin (MK) birinci katibi Əbdürrəhman Vəzirov 91 yaşında vəfat edib.
Bu barədə onun yaxınları məlumat verib.
Bakının Binəqədi rayonunda (əvvəlki adı Kirov) doğulub. Əslən Şuşalıdır, Qarabağın son xanının baş vəziri Mirzə Camal Cavanşir Qarabağinin nəslindəndir. Soyadının Vəzirov olması da buradan qaynaqlanır. Anası isə Füzuli rayonunun (keçmiş Karyagin) KP birinci katibinin bacısı olub. Anası tərəfdən babası Düdükçü kəndində böyük mülkədar olub və öz torpaqlarında İrandan köçürülən ermənilərin məskunlaşmasına və yaşamasına şərait yaratmışdı. Lakin sonradan ermənilər silahlanaraq kənddən bütün azərbaycanlıları qovduqları üçün Vəzirovun babası Füzulidə məskunlaşmalı olmuşdu.
1947-ci ildə Bakı şəhər 160 nömrəli orta məktəbini bitirmiş, Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Neft və Sənaye Universiteti) energetika fakültəsinə daxil olmuş və 1952-ci ildə institutu bitirmişdi
Ə.Vəzirov 1988–1990-cı illərdə Azərbaycan SSRİ Kommunist Partiyası MK-nın 13-cü birinci katibi, SSRİ-nin Nepalda (1979–1985) və Pakistanda (1985–1988) fövqəladə və səlahiyyətli səfiri olub.
Allah rəhmət eləsin!






