Qarabağdakı Rusiya «erməniməramlılarına» yeni komandan

Rusiyanın  Qarabağdakı sülhməramlı kontingentinə general-mayor Andrey Volkov rəhbərlik edəcək.

Bu məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Komandanın dəyişdirilməsi planlaşdırılmış rotasiya çərçivəsində həyata keçirilir, işlərin qəbulu və təhvil verilməsi proseduruna başlanılıb.


General-mayor Volkov Qarabağdakı sülhməramlılara general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi vaxtlarda – 2020-ci ilin noyabrından 2021-ci ilin may ayına kimi kontingentin komandir müavini olub.

Hazırda Volkov Rusiya Müdafiə Nazirliyinin Cənub Hərbi Dairəsinin qoşun hissəsinin rəisidir.

Xatırladaq ki, 2021-ci ilin sentyabrından bəri Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin komandanı vəzifəsini general-leytenant Gennadi Anaşkin tuturdu.

Bu xəbəri paylaşın: