Türkiyə müdafiə saənayesi daha bir uğura imza atıb.
Bu barədə «Anadolu» agentliyi məlumat yayıb.
Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin növbəti iclasında bildirilib ilk uçuşu 2023-cü ildə planlaşdırılan milli “HÜRJET” hərbi təyyarəsinin kütləvi istehsalına başlamaq barədə qərar qəbul edilib.
Bununla yanaşı, müxtəlif hava, quru və dəniz platformaları, rabitə və informasiya sistemləri, döyüş sursatı və raketlər, ehtiyat hissələri və avadanlıqlar, modernləşdirmə, logistika, kibertəhlükəsizlik və süni intellekt kimi sahələr üzrə müxtəlif layihələrə barədə də qərar verilib.

Beşinci nəsil Türkiyə istehsalı qırıcısı 2023-cü ildə anqardan çıxacaq. Bu barədə Türkiyə Silahlı Qüvvələrinə Dəstək Fondunun baş direktoru Sadıq Piyade deyib, – Türkiyə KİV-ləri xəbər verir.
Sadıq Piyade qeyd edib ki, prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi fond Kiprdəki sülhməramlı əməliyyatdan sonra Türkiyənin öz silahlarını istehsal etməsinə imkan yaratmaq məqsədi ilə yaradılıb. Dövlət başçısı qırıcı üzərində işlərin 2023-cü ilin sonuna qədər başa çatdırılması barədə göstəriş verib.
S.Piyadenin sözlərinə görə, qırıcı öz analoqlarından fərqlənir. O radarlarda göstərilmir, uzun müddət havada qalır və bütün keyfiyyətlərinə görə F-16 və F-35 qırıcılarını üstələyir.
