Rusməramlılar nə vaxt Qazaxıstandan çıxacaq?

KTMT-nin Müdafiə Nazirləri Şurasının yanvarın 13-də keçiriləcək növbədənkənar iclasında sülhməramlılarının Qazaxıstandan çıxarılması məsələsinə baxılacaq.

Bu barədə KTMT məlumat yayıb.

Bildirilib ki, sabah video-konfrans formasında baş tutacaq iclasda KTMT Müdafiə Nazirləri Şurası KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin çıxarılması prosesini təsdiqləyəcək.

Sülhməramlıların çıxarılmasına 13 yanvardan başlanacaq və 10 gün müddətində başa çatacaq.

Bu xəbəri paylaşın: