AVMVİB Qubadlı rayon şöbəsi məktəblilərlə görüşüb

Qubadlı rayonu İşıqlı kənd orta məktəbində məktəblilərlə qazilərin görüşü keçirilib.Tədbirdə Qubadlı rayon Gənclər və İdman İdarəsi, Təhsil İdarəsi, məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Qubadlı rayon şöbəsinin sədri Təyyar Eminov məlumat verib.

Tədbirdə şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Çıxış edənlər qəhrəman ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı zəfərdən danışdılar.

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: