Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Gəncə şəhəri Kəpəz rayon Şöbəsinin sədri Arzu Kərimov və birliyin üzvü olan müharibə veteranlarının iştirakıyla 1 saylı İdman təmayüllü litseyin də Gəncə özünü müdafiə batalyonunun yaranmasının 30 illik yubileyi tətbiri keçirildi.

Ənənəvi olaraq, öncə Şəhidlərin xatirəsini 1 dəqiqəlik sükutla yad edərək, himimiz səsləndirildi. Giriş sözüylə tədbiri məktəbin direktoru Mehman Allahverdiyev açdı.
AVMVİB Kəpəz rayon şöbəsinin sədri Arzu Karimov çıxış edərək məktəbin direktorunu, şagirdləri, şəhid ailələri, veteran döyüşçüləri salamladı.

Sonra söz Gəncə ərazi özünü müdafiə batalyonunun ilk döyüşçüsü Xaqani Cəfərova, Eldar Əliyevə, Çalpapaq ləqəbli Mahir Nağıyevə verildi.
Tədbirdə AVMVİB Goranboy rayon şöbəsinin sədri Elmar Məmmədov, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Göygöl rayon şöbəsinin sədri Həbib Hüseynov çıxış etdilər.

Çıxış edənlər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılmış qələbənin tarixi əhəmiyyətindən və ordu quruculuğundan danışdılar. Tədbirdə Gəncə şəhərində yaşayan şəhid anaları da iştirak edirdilər.
Gəncənin qocaman veteranı, 100 yaşlı Tofiq müəllim çıxış edərək öz keçdiyi döyüş yollarından danışdı.
Allah şəhidlərimizə rəhmət eləsin!
