Rusiyanın ATƏT-lə bağlı «Nataşa» siyasəti

Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərinin Qarabağa səfər edə bilməməsindən “narahatdır”.

Bunu Rusiya Federasiyasının ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.

“Biz narahatıq ki, həmsədrlər üçlüyü hələ də regiona səfər edə, vəziyyətlə tanış ola bilməyib. Minsk qrupu həmsədrləri hələ də İnsanlar arasında təmasların qurulmasında və humanitar problemlərin həllində tərəflərə kömək etmək üçün konkret tədbirlər müəyyən edə bilməyib”, – deyə XİN-in daimi nümayəndəsi şikayətlənib.

Rusiya Federasiyasının ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç öncə bölgədəki qanunsuz «rusməramlı» qüvvələrin çıxarılmasını tələb etməli olduğunu unudub. Yalnız bundan sonra ATƏT-lə bağlı nəsə düşünmək olar.

Elnur Səlim

Bu xəbəri paylaşın: