Putinlə İmran Xan arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə Pakistan Baş naziri İmran Xan arasında telefon danışığı baş tutub.

 Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Telefon danışığı zamanı tərəflər Rusiya-Pakistan münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən ticari-iqtisadi, energetika və humanitar sahələrdə inkişafını müzakirə edib”, – məlumatda qeyd olunub.

Bu xəbəri paylaşın: