Kilid saxlamayan qapının arxasındakılar…

Bu məxluqun adını saytımızda çəkdiyimiz üçün bütün oxucularımızdan üzr istəyirik. Bu bir ilk və son olar.


Ordunun böyük əksəriyyətini ağır ifadələrlə təhqir edən şou verilişlərinin aparıcısı Tarix Əliyev (Tolik) adlı şəxsin efir və sosial şəbəkələrdə Müddətdən Artıq Hərbi Xidmət Edən Hərbi Qulluqçuları (MAXEHQ) haqqında təhqiramiz ifadələr işlətməsi ciddi etirazlarla qarşılanmaqdadır.


Məsələyə münasibət bildirmək üçün müraciət edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, AVMVİB Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov deyib: «Şəhid ailələrinin ürək dağlayan, fəryad dolu etirazlarına biganə qala bilmədim. Bizə müraciət edib bu məsələyə münasibət bildirməyimizi tələb edirlər. Hadisənin üzərindən günlər keçməsinə baxmayaraq heç bir qurum və aidiyyatlı orqan tərəfindən bu məxluqa qarşı cəza tədbiri görülməyib.


Günlərdir “Tolik” adlı məxluq hərbçiləri, daha dəqiq desək, Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçuları (MAXE) təhqir edir, söyür, “dövlətin kəbinli arvadı” deyib alçaldır, üstəlik, hədələyir, şantaj edir. O, bu iyrənc əməlləri ilə təkcə hərbi qulluqçuları yox, Vətən savaşında şəhid olan 769 MAXE-nin ruhunu təhqir edir. Ailəsində hərbi qulluqçu olan hər kəsin heysiyyatına toxunur. Təəssüf ki, günlərdir davam edən bu vəziyyətə aidiyyəti qurumların heç bir ciddi reaksiyasını görmürük. Bu nə deməkdi? Belə çıxır ki, istənilən üzdəniraq istədiyi qələtləri bu ölkədə edə bilər? Üstəlik, dərənin boş olduğunu görüb onun həmcinsləri də toplaşmağa başlayıb. Bu gün şəhid ailələrini hiddətləndirən bir sual var: Niyə bizim əzizlərimizi ləkələyən bu adam cəzasız gəzir?»


İndi isə bu Tolik adlı məxluqa bir — iki döyüşçü tövsiyyəmiz var. Birincisi, bu zat bilməlidir ki, kişi adına qorumalı bircə şeyi olub, onu da özü qoruya bilmədiyinə görə, indi bizlərə arxayın olmasın, çünki onu nəinki bir ordu, heç BMT-nin və NATO-nun qoşunları birləşsə belə qoruya bilməz. İkincisi, məhz belələrinə görə atalar deyib ki, fahişə içəridə olunca qapı kilid saxlamaz.

Bu xəbəri paylaşın: