Məşhur erməni aktrisası Şuşanna Tovmasyan Ermənistanı tərk edib. Alp.az erməni mediasına istinadən xəbər verir ki, aktrisa ABŞ-da yaşayır. Erməni aktrisanın ölkəni tərk etməsi ilə bağlı arnews.am saytına verdiyi müsahibə qalmaqala səbəb olub.
Erməni aktrisa müsahibəsində erməniləri yalançı və riyakar adlandırıb.
“Ermənistanı tərk etdim. Səbələr çoxdur. Xalqımız öz köhnə xasiyyətindən əl çəkən deyil. Erməni xalqı yalançı və riyakardır. Getməyimin əsas səbəbi isə sözsüz siyasətlə bağlıdır. Ermənistan sosial çətinliklərlə üz-üzədir. Amma xalqı manqurtlaşdırmaqla müharibə həyata keçirtmək arzusundadırlar. Bizə müharibə yox, sülh lazımdır. Amma kimlərsədə müharibədən qonşularla gərginlikdən pul qazanır. Ac-suzsuz xalq məhz bu qrupun tələsinə düşüb.” -deyə aktrisa bildirib.
Mənbə: Alp.az
