Mingəçevir şəhər veteranları 20 Yanvar xatirə kompleksini ziyarət edərək 20 Yanvar hadisələrini anıblar.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin müavini, səlahiyyətli nümayəndə, Mingəçevir şəhər şöbəsinin sədri `Natiq Həsənov məlumat verdi.
Natiq Həsənov bildirdi ki, Mingəçevir şəhər veteranları ənənəvi olaraq bu il də şəhidlərimizi 20 Yanvar Ümumxalq Hüzn Günü ilə əlaqədar ziyarət ediblər. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Biz bu hadisəni unutmamalı və gənclərimizə Vətənimizin azadlığının hansı məşəqqətlərdən keçdiyini anlatmalıyıq.
Allah şəhidlərə rəhmət eləsin!
Elnur Səlim
