Daşaltı əməliyyatından 30 il keçir. Lakin bu əməliyyat haqqında müəmmalara indiyədək tam aydınlıq gətirilməyib. 1992-ci il yanvarın 26-da Daşaltı əməliyyatında iştirak edən, Azərbaycanın Milli Ordusunun ilk hərbi birliyi (Şıxov taburu), Xüsusi Təyinatlı Dəstə (Riyad Əhmədov), Şuşa Özünümüdafiə dəstəsinin bir qismi Daşaltı əməliyyatına qədər bir neçə döyüşlərdə iştirak etmişdilər (həmin əməliyyatda iştirak edən əsgər və zabitlər Sovet Ordusunda əsgəri xidmət keçmiş, bir çoxu Əfqanıstanda qulluq etmişdilər). Daşaltı əməliyyatı haqqında söhbətlər əhali arasında hələ 23 yanvar 1992-ci ildə bazarda danışırdılar ki, ordu 25 yanvarda Daşaltıya hücum edəcəkdir (bir tağımda olduğum Mehdiyev Əlibala ilə) eşitdik və bu haqda tağım komandirimiz Nəriman Zeynalova məlumat verdik.
O, bu məlumatı Müdafiə Naziri Tacəddin Mehdiyevə, komandir birqadanı (Zadir Rzayev bu əməliyyatın keçirilməsinə qarşı olduğu üçün əməliyyatdan uzaqlaşdırılmışdı) əvəz edən Nurəddin Abdullayevə bildirsə də, onlar hücümun və əməliyyatın məxfiliyi qorunmadığı halda heç bir tədbit görmədilər, əməliyyat olduğu kimi saxlanıldı. Bakı şəhərində Milli Ordunun məhv edilməsi, Azərbaycan xalqının döyüşmək qabliyyətinin olmadığını, xalqın gözünün qorxudulması məqsədi ilə, heç bir əhəmiyyəti olmayan bir kəndə hücum olundu, hansı ki, bir tağımla həmin kəndi daim nəzarətdə saxlamaq olardı.
Lakin, ordu verilən əmrə tabe olaraq 25-26 yanvar tarixində Daşaltı kəndinə hücum etdi və həmin əməliyyatdan məlumatlı olan düşmənin hazırlıqlı olmasına baxmayaraq, əsgər və zabitlərimiz əsil qəhrəmanlıq səlnaməsi yazdılar, o döyüşlərdə düşmənin 80-dən çox yaraqlısı məhv edildi. Həmin döyüşdə şəhid və itkin düşmüş əsgər və zabit yoldaşlarımızın igidliklə döyüşdüyü haqqında bir neçə faktları qeyd etmək istəyirəm, onlar düşmənlə axrıncı mərmilərinədək döyüşmüşlər o cümlədən düşmənə təslim olmamaq üçün özlərini və düşməni qumbara ilə partlatmışlar (Bayramov Kamil, Cəfərov Zaur, Soltanov Kazım…). Mənimlə birlikdə döyüşdə şəhid olmuş Nuriyev Rafiq, itkin düşmüş Piriyev Ehtiram kimi igid döyüşçülərimiz və adlarını qeyd etmədiyim zabit və əsgərlərimiz mərdliklə düşmənə qarşı döyüşdülər.
Sonradan aparılan araşdırmalar zamanı Daşaltı əməliyyatında 34 nəfərin itkin və şəhid olduğu bildirilirdi. lakin, aparılmış araşırmalar nəticəsində 90 nəfərə (tam olmayaraq) yaxın əsgər və zabitin həlak olduğu müyyən edildi.
Şuşa şəhər İcra Hakimiyyətinin köməkliyi ilə 2019-cu ildə Şəhidlər Xiyabanında, 1992- ci ili yanvarında “Daşaltı əməliyyatı”nda şəhid və itkin düşmüş silahdaşlarımızın adları qeyd edilmiş lövhənin açılışı olmuşdur.
Məni Daşaltıda axtararsız
Deməyin itginəm, mən yox olmuşam,
Düşmənin qəlbinə bir ox olmuşam.
Əvvəl tək idimsə, indi çox olmuşam,
Yaşaya bilmərəm ata-anasız,
Məni Daşaltıda axtararsız.
Demə son döyüşüm “Daşaltı” oldu
Demə bacılarım saçını yoldu,
Demə ki, anamın gözləri doldu
Sevinib şənlənən o düşmən qansız,
Məni Daşaltıda axtararsız.
Ürəklərdə mənim məkanım ancaq,
Mənsiz qızmayacaq nə ev, nə otaq.
Nahaq gəzirsiniz siz məni,nahaq,
Belə boş gəzməyin yorularsınız,
Məni Daşaltıda axtararsız.
Qorxma, Vətən daşı Daşaltıdadır,
Sarımayın qollarımDaşaltıdadır.
Nə olsun ki, cismim Daşaltıdadır,
Ruhuma dəyməyin, siz Allah, cansız,
Məni Daşaltıda axtararsız.
Sevgilim, heç kimə açma könlünü,
Saxla bu fəryadı, yanğını, kini.
Gözlə toyumuzu-o, xöşbəxt günü.
Qoy gəlib desinlər gözəl yarsınız,
Məni Daşaltıda axtararsız.
Bu gün də qaranlıq qalan bəzi suallara aydınlıq gətirmək üçün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Nəzarət Təftiş Komissiyasının sədri Niyazi Quliyevlə söhbətləşdik və ekskuliziv olaraq suallarımızı ünvanladıq.

-Daşaltı əməliyyatının 1992-ci ildə hansı səbəbdən keçirmək istəyirdilər?
—Şəxsən mənim bir cavabım var o vaxtkı hakimiyyəti saxlamaq üçün Ordunu məhv etməkdi.
Daşaltı kəndi hansı əhəmiyyəti daşıyırdı.(Hər bir şəxs ada fikir verdikdə həmən yeri görmədən öz-özlüyündə həmən məkanın daşın altında yerləşdiyi kimi təsəvür edə bilər).
-Daşaltı əməliyyatı haqqında 23.01.1992-ci il tarixdə Şuşa şəhərinin əhalisi arasında danışılırdısa hansı səbəbdən əməliyyatda heçbir dəyişiklik edilmədi?
-Öz vəzifələrini qorumaq üçün, Bakı şəhərində hazırlanmış plan həyata keçməli idi (Tacəddin Mehdiyevin rəhbərliyi ilə).
-Milli Ordunun təhcizatı necə idi?
-Tağımlar arasında rabitə yox idi, bu da planlı idi. Təhcizatda da çatışmazlıqlar yetərincə idi.
-Əməliyyata cəlb edilmiş bələdçilərin satqın olduğu bildirilirdi?
—Əgər bələdçilər satqın idilərsə, onları tağımlara təyin edənlərin özləri ilk növbədə düşmənin əlaltıları olmalıydılar (Müdafiə Naziri Tacəddin Mehdiyev, Nurəddin Abdullayev).
Həmin döyüşdən sağ qalmış döyüşçü deyə bilməz ki, bələdçi həmin vaxtı ağ bayraq qaldıraraq mən bələdçiyəm məni vurmayın hadisəsinə rast gəldiyi haqqında heç nə deyə bilməz. Bələdçilərin bir neçəsi həmin döyüşdə şəhid olmuş və yaralanmışdır.
Çünki əməliyyat ermənilərə və onların havadarları olan 366-cı Polka əvvəlcədən məlum idi. Qeyd edim ki, Daşaltı Əməliyyatında 366-cı Polkun əsgər və zabitləri erməni quldurları ilə birgə Milli Orduya qarşı vuruşurdular.
-Döyüşdə peyda olan qara paltarlılar kim idi?
-Qeyd edim ki, 26 yanvarda səhər döyüş başladıqdan 1 saat sonra Şuşkənd istiqamətdən meşə ilə gələrək bizi mühasirəyə alanlar ermənilər idi.
-Biz neçə saata qeyd edilən döyüş mövqeyiə çatdıq?
-25 yanvar 1992-ci ildə saat 10-da Şuşa şəhərindən yola düşdük və 26 yanvar təqribən səhər saat 6 radələrində bizim tağım öz döyüş mövqeyinə çatdı.Həmən vaxtı onu da bildirim ki, olduqca güclü qar yağmışdır və təqribən 50 bəzi yerlərdə qarın hündürlüyü daha çox idi təsəvvür edin ki səhərə qədər yol gələsən və o vəziyyətdə döyüşəsən.(Bildirim ki, Çıdır düzündən bizim tağımın olacağı mövqeyə 30 dəqiqə vaxt lazım imiş).Döyüşdə bizim tağımın mövqeyi daha təhlükəli yerdə olmağına baxmayaraq daha az itgi ilə 3gün mühasirədə qaldıqdan sonra çıxa bildik.
Bəzi tağımlar öz mövqeylərinə çatmamış təqribən axşam saat 3-4 radələrində pusquya düşmüşlər və tağımın demək olar ki hamısı şəhid və itgin düşmüşdür (Namazov Azərin tağımı, bir nəfər Azər sağ qalmışdır soyadı yadımda deyil).
-Döyüş zamanı itkin düşmüşlər haqqında son məlumatlar necədir?..
-Ermənistan quldur birləşmələri tərəfindən əsir və girov götürülmüş 4 minə yaxın soydaşımız haqqında Ermənistan Dövləti heçbir məlumat vermir və vermək istəmir.Çox təssüflər olsun ki, bu günə kimi 26 yanvar 1992-ci il tarixdə itgin düşmüş 60 nəfərə yaxın əsgər və zabitimiz barədədə heçbir məlumat əldə edilməyibdir.
Daşaltı kəndində şəhid və itgin düşmüş əsgər və zabitlərimiz adlarını əbədiləşdirilməsi üçün kəndin girişində onların adlarının qeyd edilməsini arzu edirəm.
-ZƏFƏRƏ GEDƏN YOL…
—Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi və düşmən tərəfindən işğal edilmiş torpaqlarımız 44 gün ərzində azad edildi.
Azərbaycanın ərazi bütövlüyünə qarşı edilən təcəvüzə qarşı, Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin İkinci Vətən müharibəsində qələbəsini təmin edən mühüm amil oldu.
Ali Baş Komandanın rəhbərlik etdiyi qəhrəman ordumuzun “Dəmir yumruq” əməliyyatı nəticəsində təkcə erməni ordusu məhv olmadı, həm də “böyük Ermənistan” xülyasına son qoyuldu.
Bu gün Qələbə Zəfərini görməyi Bizlərə nəsib edən Ali Baş Komandan İlham Əliyevə, Müzəfər Ordumuza tükənməz minətdarlığımı bildirirəm.
Bəli, bu gün, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək şəhid olmuş soydaşlarımızı yad edə bildiyimiz üçün Torpaqlarımızın Azad edilməsi üğrunda canından keçmiş şəhidlərimizə borcluyuq.
Hər il olduğu kimi bu ildə yanvarın 26-da saat 10-00-da “Daşaltı əməliyatında” şəhid və itkin düşmüş əsgər və zabitlərimizi Şəhidlər Xiyabanında yad edəcəyik.
Xatırladaq ki, Niyazi Quliyev illərdir ki, Daşaltı uğrunda gedən döyüşlərdə şəhid və itkinlərin adlarının dəqiqləşdirilməsində böyük bir iş görüb.Əldə olan siyahının hazırlanması onun adıyla bağlıdır. Daşaltının mənfur düşməndən azad edilməsindən sonra kəndi ziyarət edib və oradan açıqlamalar verib.

Niyazi Məmməd oğlu Quliyev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Nəzarət Təftiş Komissiyasının sədri


