Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov, sədr müavinləri Saməddin Məmmədov, Zakir İbadullayev, Məmməd Məmmədov və müharibə veteranları şəhidlərimizlə bağlı tədbirlərdə iştirak ediblər.
Şəhid Natiq Rəşxan oğlu İmanovun Beyləqan rayonu İmanverdilər kəndində Anım mərasimi keçirilib. Tədbir Heydər Əliyev Mərkəzində keçirilib.
Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə müharibə veteranları, ictimiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak ediblər. Qəhrəman döyüşçünün döyüş yolu haqqında çıxışlar etdilər.

Şəhid Natiq İmanov Beyləqan rayonu Özünümüdafiə batalyonunun tərkibində döyüşlərə qatılıb və Füzuli rayonu uğrunda gedən döyüşlərdə 27 yanvar 1994-cü il tarixdə şəhid olub.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov Füzuli Rzaquliyevin adından şəhidin bacısına Fəxri fərman təqdim edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan




