Sabirabad rayonu Poladtuğay kəndində şəhid Daşqın İslamovun övladının ad günü veteranlar tərəfindən qeyd olunub.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.

Ad gününü təbrikə gələn müharibə veteranları şəhid övladına xoş arzularını çatdırdılar.
Təbrik edir və ən gözəl günlər, böyük gələcək arzulayırıq!
********************
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov bildirib ki, Sabirabad rayonu İdman və Gənclər İdarəsiylə birgə gənlərlə Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi veteranlarının görüşü keçirilib.

Görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə torpaqlarımızın azğın düşmənlərdən təmizlənməsində Azərbaycanın şanlı ordusunun rolundan və qəhrəmanlıqlarından söz açılıb.
Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) üzv olan 3 nəfər müharibə veteranına üzvlük vəsiqəsi verilib.
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Sabirabad








