Binəqədi rayonundan olan Vətən müharibəsi şəhidi Paşazadə Cavid Telman oğlunun böyüyüb boya-başa çatdığı Sulutəpə qəsəbəsində inşa edilən Xatirə Bulağının açılışı olub.
Açılış mərasimində iş adamı Eldəniz Hüseynov, Qarabağ Əlilləri İçtimai Birliyi üzvləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Binəqdi rayon şöbsinin sədri Mərdan Ələsgərov, 217 nömrəli məktəbin müəllimləri, «Ədalət Yolu» qəzetinin baş redaktoru Yasəmən Qəyyumova,»Fedai.az» sayıtının redaktoru Elnur Səlim, qəsəbə sakinləri, şəhidin döyüş yoldaşları və yaxınları iştirak ediblər.

Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına savaşaraq şəhid olan vətən oğullarının xatirəsi anıldıqdan sonra, söz tədbir iştirakçılarına verilib.
Çıxışlarda şəhidin qısa və şərəfli həyat yolundan xatirələr söylənib, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan tarixi Qələbədən, bu Paşazadə Cavid və onun kimi şəhidlərimizin göstərdikləri fədakarlıqdan «Fedai.az» sayıtının redaktoru Elnur Səlim Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyevin salamını tədbir iştirakçılarına çatdırıb. Xatirə bulağının əməyi olan hər bir şəxsə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi adından təşəkkürünü bildirib. İş adamı Eldəniz Hüseynovun bu vətənpərvər və xeyirxah addımını təqdir edib. Bu cür addımlar cəmiyyətimiz üçün bir nümunədir.

Şəhidlərlə bağlı etdiklərimiz gənc nəsil üçün təkcə qəhrəmanlıq numunəsi deyil, həm də Vətənə sevginin tərbiyyəsidir. Buna görə də şəhidlərdən həmişə qürurla, sevgilərlə, kövrəkliklə anırlar. Bu xatırlamalar mənəvi borcödəmədir. Müharibə tariximizin bir səhifəsi də 2020-ci ilin iyul döyüşləridir, bu döyüşlərin qəhrəmanlarıdır, qalibləridir, şəhidləridir. Şəhidlər unudulmamalıdır.

Elnur Səlim Azərbaycan xalqı öz gücünü, qüvvətini və birliyini II Qarabağ müharibəsində ən yaxşı şəkildə göstərdiyini vurğuladı. Uca Tanrıdan işğal olunmuş ərazilərimizin azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda aparılan döyüşlərdə misilsiz şücaət və rəşadət göstərmiş şəhidlərimizə rəhmət, yaralılara şəfa dilədiyini bildirdi. Dünyada ən böyük nemət olan ömrünü Vətən naminə qurban verən hər bir övladımız Azərbaycanın tarixində qəhrəman kimi yaşayacağını, şəhid ailələri və qazilərimizə qayğının daima diqqətdə olmasının vacibliyini söylədi.
Açılış mərasimində çıxış edən şəhidin atası Telman Paşayev oğlunun xatirəsini əbədiləşdirən bulağın istifadəyə verilməsindən məmnun olduğunu, şəhidlərimizə və onların ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirib. Bulağın tikilməsində əməyi olan hər kəsə təşəkkür edib. Cavid Paşazadənin anası Sədaqət Paşayeva isə çıxış edərək, bildirdi ki, Cavidin üç bacının bir qardaşı idi. Cavid həyatsevər, ata-anaya, qonşuya, böyüyə-kiçiyə hörmət edən bir gənc idi. Bu gün oğlunun adına açılan bulaq, sanki oğlumun yola çıxan arzularıdır. Sulutəpə yaşayış massivindən keçən hər kəs, üzbəüz məhəllədə oxuyan məktəblilər ayaq saxlayıb, balamın qara mərmərdə şəkli vurulmuş bulaqdan su içəcəklər. Nə qədər ki, bu bulağın suyu qurumayıb, demək mənim balam da o qədər sağ olacaq, dedi.

Bulağın açılışının rəsmi lenti kəsilib. Bulağın rəsmi açılış mərasimindən sonra tədbir iştirakçıları bulağı ziyarət edib, bulaq kompleksinin önünə gül dəstələri düzüblər.
217 nömrəli məktəbin şagirdləri şeirlər səsləndirdilər.

İş adamı Eldəniz Hüseynovun şəhid adının əbədiləşdirilməsi yolunda atdığı bu addımı, Binəqədi rayonu müharibə veteranları yüksək qiymətləndirir və ona öz təşəkkürlərini bildirirlər. Bu sözləri tıdbirlə bağlı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov dedi. Bildirdi ki, belə vətənpərvər insanlarımız 44 günlük Vətən müharibəsi günlərində də daim ordumuzun yanında oldular.

Allah şəhidlərə rəhmət eləsin!
Elnur



