Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin təşkilatçılığı ilə şöbə üzvü olan müharibə veteranları Daşaltı əməliyyatı zamanı şəhid olmuş şəhid Gülverdi Ağahüseyn oğlu Hüseynovun Anım tədbirində iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Abşeron rayon şöbəsinin sədri Cabbar Cabbarov məlumat verib.

Cabbar Cabbarov bildirdi ki, ordumuzun ilk yaranmış dəstələrinin tərkibində döyüşə yollann Gülverdi Hüseynov Daşaltı əməliyyatında şəhid olub. Qədirbilən xalqımız Haqq işimiz uğrunda aparılan müharibədə şəhid olmuş qəhrəmanlarımızı unutmur və daim ehtiramla onları yad edir. Şəhidlər unudulmamalıdır!
Tədbirdə Abşeron rayonunun ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Allah şəhidlərə rəhmət eləsin!
Nurlan Məmmədli

