TƏBRİK: ƏLİYEV ELÇİN TOFİQ ÖĞLU — 59

      Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini polkovnik Salman Musayev Müharibə Veteranı ehtiyatda olan mayor Əliyev Elçin Tofiq oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin neymət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

   Elçin Töfiq oğlu Əliyevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin. Amin!

     Əliyev Elçin Tofiq oğlu 31 yanvar 1963-cü ildə  Bakı şəhərində anadan olub.

1969-cu ildə  Bakı şəhərində 18 nömrəli tam orta məktəbin birinci sinfinə getmiş  1979-cu ildə həmin məktəbi, 1983-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman institutunu,    Azərbaycan Ordusunda xidmət etdiyi illər ərzində  isə Zabitlərin təhkimləşdirmə kursunu bitrib. O, Daxili Qoşunların Bas İdarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissədə xidmət etdiyi illər ərzində Daxili Qoşunların Baş idarəsində və DİN-nin idman cəmiyyətində  keçirilən bir çox metodiki- təlim toplanışlarında, seminar və konfranslarda fəal iştirak edib.

     Müharibə Veteranı Elçin Tofiq oğlu Əliyev  1983 -1985-ci illərdə  Sovet ordusunda müdddətli həqiqi hərbi xidmətdə olub.

     1993-  1995- ci illərdə   Azərbaycan Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissələrində  kəşfiyyat bölüyünün komandiri və hərbi hissənin kəşfiyyat xidmətinin rəisi, 1995 -2002-ci illərdə  Daxili işlər Nazirliyinin Daxili Qoşunlarının Baş idarəsinin Nərimanov rayonunda yerləşən hərbi hissədə idman və fiziki hazırlıq rəisi, 2003-2017-ci illərdə isə Azərbaycan Ordusunun hərbi hissələrində və Xüsusi təyinatlı  əlahiddə taborunda, kəşfiyyat xidmətinin rəisi, Xüsusi təyinatlı əlahiddə tabor komandirinin döyüş hazırlığı üzrə müavinini vəzifələrində Vətənə Dövlətə və Xalqa sədaqətlə xidmət etmişdir.

     O, Daxili Qoşunlarda xidmət etdiyi illər ərzində özünü qorxmaz, səxavətli, insapərvər, əliaçıq, zəhmətkeş  zabit kimi göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə, oxuduğu orta və ali təhsil müəssisələrində, istərsədə xidmət etdiyi və işlədiyi kolektivlərdə, dost -tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

   Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin  Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində,Azərbaycan Respublikasının Konstitutsiyasına və qanunlarına əməl etməkdə, hərbi andin,  hərbi nizamələrin və digər hüquqi- normativ aktların  tələblərinə, eləcədə vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş  xidməti  tapşırıqları müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə  bir cox  hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

    Azərbaycan Respublikasında ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasnda, şəhərdə və yaşayış məntəqələrində, Mütəşəkkil cinayətkarlığa qarşı mübarizə də,  qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə  vəziyyət zamanı hüquqi rejimin  təmin  olunmasında ,baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyət və  şərəf hissi ilə yerınə yetirmişdir.

      Peşəkarlığı və humanistliyi ilə seçilən ömrünün  ən məhsuldar dövrünün   25-ildən çox şərəfli xidməti yolunu hərbi xidmətdə keçirərək  ona həvalə edilmiş vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir.

     Mayor Əliyev Elcin Tofiq oğlu Azərbaycan, SSRİ çempionatlarında,Beynalxaq  turnirlərdə, Müdafiə və Daxili işlər Nazirliklərin, Daxili Qoşunların Bas İdarəsinin   təşkil etdiyi   yarışlarda iştirak edərək  çempion olmuşdur.

     O,idman sahəsində yüksək göstəricilərə nail olduğuna görə SSRİ  İdman ustası adına layiq görülmüşdür.

     Hərbi xidməti vəzifələrinin icrası zamanı yüksək mənəvi döyüş keyfiyyətləri göstərdiyinə görə döyüş və ictimai siyası hazırlığında, hərbi ıntizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və  nümunəvi xidmətinə görə    Müdafıə Nazirinin, Daxili İşlər Nazirinin,Daxili Qoşunlar Komandanının, Korpus və Hərbı hissə komandirinin müvafiq əmrləri ilə əla xidmətlərə görə döş və yubiley nişanları ilə, müvafiq idman dərəcəsi nisanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə  mükafatlandırlıb və ona təşəkkür elan edilib.

 DOĞUM GÜNÜN MÜBARƏK OLSUN

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə: Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai  Birliyinin sədr müavini polkovnik Salman Musayev

Bu xəbəri paylaşın: