AVMVİB Füzuli rayon şöbəsi tədbir keçirib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsi tədbir keçirdi.


Tədbiri açıq elan edən Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov şöbənin il ərzində göstərdiyi fəaliyyətdən danışdı və təltif olunan fəal şöbə üzvlərini təbrik etdi.


S. Əbilov bildirdi ki, Füzuli rayonundan olan veteranlar daim 44 günlük Vətən müharibəsi günlərində ordumuzla bir oldu. Müharibə veteranımız Mütalib Baxışov isə əldə silah ilk gündən döyüşə qatılaraq, Şuşa şəhərinin azad edilməsində də iştirak etdi. Öz bilik və bacarığını gənc əsgərlərimizlə bölüşməyə çalışdı və bu gün iki müharibənin veteranı kimi AVMVİB-nin təsis etdiyi «Böyük Zəfər» Xatirə medalıyla təltif olundu.


Daha sonra yeni üzvlərə üzvlük vəsiqələri, Xatirə medalları, Döş nişanı və Fəxri fərmanlar verildi. Veteranlardan Natiq Məmmədov, Akif İbadov, Amil Quliyevə Xatirə medalı, Rahib Xankişiyev, Əlqəmə Aslanov, Zaman Zamanov, Möhübbət Həsənov, Şamo Şükürova Fəxri fərman, Elşən Həsənova Döş nişanı və üzvlük vəsiqəsi,Sehran Fərziyevə isə üzvlük vəsiqəsi təqdim edildi.


Təltif münasibətiylə təltif olunan müharibə veteranlarını təbrik edən AVMVİB Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov bundan sonra daha da fəal olmağa çağırdı.

Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov da iştirak edirdilər.


AVMVİB Füzuli rayon şöbəsinin adı çəkilən üzvlərini təltif münasibətiylə təbrik edirik!


Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir, Füzuli

Bu xəbəri paylaşın: