AVMVİB-yə yeni üzvlər qəbul edilib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinə (AVMVİB) yeni üzvlərin axını davam edir.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov bu gün daha iki müharibə veteranına üzvlük vəsiqəsi verib. Birinci Qarabağ müharibəsi veteranı Vüqar Faiq oğlu Əliyev və 44 günlük Vətən müharibəsi veteranı Teymur Abbas oğlu Kərimova üzvlük vəsiqələrini təqdim edib.


AVMVİB adından sıralarımıza xoş gəldiniz deyirik!


Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir, Beyləqan

Bu xəbəri paylaşın: