Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin üzvləri Füzuli rayonunun Zoobucuq qəsəbəsində şəhid Əli İsa oğlu Cəfərlinin ailəsinə baş çəkiblər.
Şəhid Əli İsa oğlu Cəfərli 2001-ci ildə anadan olub. Füzuli və Laçın rayonlarının azad ediləsində iştirak edib. 29 oktyabr 2020-ci ildə Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Füzuli rayon şöbəsinin sədri Səməd Əbilov AVMVİB sədri Füzuli Rzaquliyevin adından şəhidin ailəsinə başsağlığı vermiş və Fəxri fərmanı şəhidin ailəsinə təqdim etmişdir.
Daha iki şəhidin — Şamil Xançoban oğlu Əliyev və Sərhəd Fərhad oğlu Hüseynovun anasına da AVMVİB adından Fəxri fərmanlar verilib.
Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov da iştirak ediblər.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir, Füzuli





