QURANDAKI ZÜLQƏRNEYN, OĞUZ XANDIR

İSA MEHDİOĞLU

(Əvvəli ötən yayınımızda)

Evrənin (kainatın) yarandığı ulu dönəmlərdən bəri, adamlar bu dünyanı dərk etməyə çalışmışlar. Onun dünyaya olan ilişgisi (münasibəti) və özünün harada, necə yetginliyi, kimliyi həmişə onu düşündürmüşdür. Bu gün bir giz (sirr) kimi bütün dünya aydınlarını, bilik adamlarını düşündürən bir çox konular  hələ də çözülməyərək qalmaqdadır. Adamoğlu həmişə  evrənin (kainatın), doğanın (təbiətin) və toplumun (cəmiyyətin) ilişgisinə (əlaqəsində)  qatılma (iştirak etmə) yollarını aydınlaşdırmağa çalışır. Adamlıqla ilgili dünyagörüşlər bir-birini əvəz etdikcə, yeniləşdikcə, adamın düşüncəsi də həmişə yeniliklər yolu keçir və dəyişirilir. Belə bir sorğu adamın  ağlını həmişə özünə bağlamışdır ki, “mən kiməm, niyə nə üçün yaranmışam, varlığımın nədəni (səbəbi) və dərinbiliyi (hikməti) nədədir? Bu  tansıklı (möcüzəli) evrənin yiyəsi varmı, varsa, o kimdir, nəçidir, necədir və haradadır?” Bütün bu sorğuları ilə adamın yaddaşı, ən qədimlərdən bəri bu dünyanı axtarışlar, araşdırmalar xırmanına (meydanına) çevirmişdir. Bu sonu görünməyən sorğuların kökünü, bu ucu-bucağı görünməyən dünyada gerçəkliyi (həqiqəti) axtarmaqdır və  bu gün də axtarılır.

1960 illər idi Borçalının Bolus dərəsində Çataq bölgəsinin Almabağında gürcülər arxeoloji qazıntılar aparırdılar. Bir gömüt (qəbir tapılmışdı qəbri açanda skeletin büküşlü yatdığını gördüm. Güldüm ekspedisiyanın rəhbəri mənə tərs-tərs baxıb acıqlı bir əda ilə niyə gülürsən dedi. Skeletin duruşuna bax gör necə yatır, bu türk gömütüdür dedim. Söz ağzımdan çıxan kimi üzünü yanındakı gürcülərə tutub, söyüşlə onlara yad adamları niyə buraxırsınız deyib məni oradan uzaqlaşdırmalarını əmr elədi. Heç hay-küy salma gedirəm deyib, oradan uzaqlaşdım.

Bolus (Bolnisi) rayonun Kəpənəkçi kəndinin şərqində «Sarı kilsə» adlı yarısı uçmuş kilsədə 1986-87-ci illərdə Gürcüstan arxeoloji ekspedisiyası kəşfiyyat işləri aparan zaman iki-üç metr dərinlikdə III- IV əsrə aid edilən gənc oğlan qəbri tapılmışdır. Sinə daşında qədim türk dilində yazı aşkar edilmişdir. Yazıda deyilir «Kapanakçı xaqanın oğlu gənc (prins), kapanak çayında boğulub öldü». Həmin daş iki il Tiflis tarix muzeyində saxlanıldı, iki ildən sonra muzeydən götürüldü. (Ekspediyada iştirak etmiş, “Sovet gürcüstsnı “qəzetinin müxbiri Ocaqov isaxanın dedikləri)2016 ilin Avqustayında  Televiziya dalğası ilə “Biz kimik, doğru adımız nədir?” sorğusu ilə üç uzman bilim adamının (alimin) görüşü keçirildi. Üçü də ayrılıqda özünə bir ad qoydular. Biri Azərbaycanlı oldu, biri türk oldu. Biri də Azəri oldu. İki saatlıq söhbətdən Sonra alimlərin hərəsinin ağızını bir yana tutduqlarını görən aparıcı bir az ürəklənərək, sizi bilmirəm mən türk ulusuyam (millətiyəm) Azəbaycan dövlətinin vətəndaşıyam deyərək verlişi bitirdi. Bu söhbətə mən də qarışaraq deyirəm ki, 1936 –cı ilədək doğulanların doğum kağızına (şəhadətnaməsinə) Türk milləti yazılırdı. İstər türk, istərsə də türk sözünə nə artırsan  (türkaz, Aztürk və s.) hamısı yaraşar və özünü doğruldar. Yalnız Azərbaycanlı sözündən başqa, cünkü Azəbaycanlı millətin göstəricisi yox, torpağın göstəricisidir. Istənilən millət azərbicanlı ola bilər.    

Türk tarixindən danışan Avropa, Rusiya və Türk dünyasının tanınmış tarixçi, dilçi, dinçi. araşdırıcı bilim adamlarının (alimlərinin) hamısı  türkün tarixindən, dilindən, dinindən danışanda həmişə ilk başlanğıc kimi doğu türküstandan danışırlar. Türklərin Çin, Monqol sınırlarından gəldiklədini deyirlər. Hətda Sümerlərin də doğu Asyadan gəlmə bir xalq olduqlarını kəsinləmək üçün çabalıq (canfəşanlıq) edən bilim adamları (alimlər) çoxdur. Əlbətdə 10 min illiyə ilişgi (aid) edilən yüksək uyğarlığı (mədəniyəti) və gömütü olan xalq öz ululuğunu uyğarğı və gömütü ilə kəsinləyir. (təsdiqləyir). Elə də 4-5 min il tarixi olan yüksək Altay uyğarlığından   (mədəniyyətindən) qürurla danışmağa haqları var.

Ancaq Qafqaz, Önasya türklərindən söz düşəndə onların gəlişmələrini tam kəsinliklə (bir mənalı olaraq) VII-Y.İ.-yə ilişgiləyirlər (aid edirlər). Qafqaz və Önasya türklərinin qədimliliyini, yerli xalq olmalarını  heç cür qəbul etmək istəmirlər. Bu kısqanclığın ilgisi nədir, onu bilə-bilə bizim bilim adamlarmızın (alimlərmizin) Rus Avropa alimlərinin yedəklərincə getmələri, öz köklərindən uzaqlaşmaları adamda şaşqınlıq (təəccüb) doğurur.

Alimlərimiz hələ də düşünürlər ki, Qafqaz türkləri VII əsrlərdə doğudun gələn xalqdır. Çox yazıqlar olsun ki, bizim alimlərimiz, gözlərini uzaq döğudan, Çin sınırlarından çəkib, Qafqaza, önasiyaya yönəldmək istəmirlər.  N. Cəfərov Türklərin təşəkkülünün Altaydan başlandığını yazır. “ Qədim türklərin vətəni ilk orta əsrlərdən bəri Türküstan kimi tanınan geniş çöllərdir. Türk sözü ilk dəfə göytürk dövlətinin adında rast gəlinir.” deyir. (Nizami Cəfərov “Qədim türk ədəbiyyatı Bakı  2004). İstər türkiyədə istərsə Azərbaycanda bu düşüncədə olan bilim adamlarımız lap çoxdur.

İnternetin İslam başlıqlı saytında yazırlar ki, “Tarixçilər Zərdüştün türk (azərbaycanlı)  olduğunu və bilavasitə Novruz bayramnın türk bayramı olduğunu isbat etməyə çalışmaqdadılar. Hal bu ki, bu cür ideyalar tarixin vaqiyələri ilə üst-üstə düşməməkdədir. Çünkü Zərdüşt miladdan əvvəl 6-cı əsrdə yaşamış, Asyadan gələn türk boyları isə yüz illər ondan sonra indiki Azərbaycan ərazisinə yerləşmişlər”. Cox hayıflar olsun ki. hələ də bu cür düşünən farsların dəyirmanına su daşıyan azərbaycanlı aydınlarımız var.

Bu cür zənnlər (fərziə)  Rusların və Farsların yanlış və qərəzli zənləridir. Görünür hələ də onların təsir çəmbərindən çıxa bilməyən alimlərimiz və aydınlarımız çoxdur. Bu zənn (fərziyyə) çoxdan köhnəlmiş dünyagörüşüdür. Bu gün Türklərin  tamamilə yeni tarixləri, dini ideoloqiyaları və yeni dünyagörüşləri formalaşır. Bu ynlış dünyagörüşlü soydaşlarıma F. Ağasıoğlunun “Qədim türk eli” və T. Azərtürkün “Mixi yazılı Azəri türk dilinin qrammatikası” kitablarını oxusunlar deyirəm. Qafqaz və önasya türkləri qarşılarına güzgü qoyub özlərinə diqqətlə baxsınlar. O zaman doğu türkləri ilə batə türklərinin tamamilə başqa antrapoloji tip olduqlarını görəcəklər.

Mən onu qəti deyə bilərəm ki, Qazağın, Özbəyin, Tatarın, Uyğurun,  Akasların, Qaqauzların, Monqolların Azərbaycan və Anadolu türklərinin görkəmlərinə baxdıqda, çox aydın bilmək olur ki, onların antopoloji genezlərində eyni bir soyçəkimə, irqə ilişik olmaları heç cür mümkün deyil. Türk xalqı ən azı 3-4  soyçəkiminin (genetik köklərin) irqlərin birləşməsindən yaranmışdır. Bəəzi tarixçilərin dedikləri kimi bəlkə, güc anlamını verən türk sözü xalqın birləşmiş toplumuna verilən addır.  Bu türklərin hansı uludur, hansı gənc,   onu arxeoloqlar və tarixçilər hələ də axtarırlar.

Palentropoloqlar, antropoloqlar bu düşüncəni inamla yadsılayırlar. (inkar edirlər). “Arxeoloji araşdırmaların sonuclarına görə əsgi türklərin və türk xalqlarının antropolojik yapısı artıq çözülmüşdür, tartışlanmışdır. Beləcə əsgi türklərin tam moğol tipli olmadıqları və önəmli dərəcədə Avropa tipinin karışımından oluşduqları isbatlanmışdır”. ( Türk araşdırmaları dərgisi.”Çağdaş türk ləhcələri və ədəbiyyatları. İnter.)

R.N.Bezertinov yazır: ”Tanrıçılığın yaranma qaynağı heç bir mənbələrdən bilinmədiyi üçün, o dünyanın ən qədim inancıdır. Sümerdən gələn türklər Göy Tanrısını Monqollara vermişlər. Onlardan da şimal yolu ilə Avropaya qədər yayıldı”.  (Vikipediya. Tenqriyanstvo).

Bezertinovun Sümerdən gələn göy tanrısını Monqollara vermişlər” deməsi heçdə rastgələ deyilməmişdir görünür Bezertinov qədim Oğuz xan dastanından xəbərdardır. Oğuzun Sümer sınırından qalxıb, Monqolustan sınırınadək getməsini o bilirmiş.Şumeşunas E. Əlibəyzadə yazır: “Akkatlarla müharibədə (savaşda İ.M.) Şumerlərin məğlubiyyətindən (yenilmələrindən İ.M.) sonra görünür Şumerlərin tarixi yeni səmtə yön almışdır. Onlar yenidən bir neçə min il sonra doğma “ulu baba” yurtlarına çəkilmiş, öz əcdadlarının (ata-babalarının İ.M.) torpaqlarına qayıtmışlar (E. Əlizadə “Ulu dil, Şumerlər vikiped)  Ünlü tarixçi bilim adamı  F. Ağasıoğlunun cızdığı gediş-gəliş yol xəritəsinə görə, türklərin Araz çayı  üzərindən Qarabağ, Borçalı, Qara dəniz ətrafı yollarla eradan 8 min il öncələrdə Azov dənizinin kənarlarına get-gəl eləmələri, Borçalı türklərinin hansı dönəmlərdən Borçalıda yaşamaqlarından xəbər verir. Eyni zamanda mənim uşaqlığımda eşitdiyim, dinləyib yaddaşıma köçürdüyüm, ən ulu xalq dastanı olan Oğuz-Zülqədər dastanının doğruluğunu, tarixçi   Ağasoğlunun  düzəltdiyi batı-doğu, doğu-batı xəritəsi hələ e. ö. 7-6 minilliklərdə Oğuz xanın getdiyi yolları bir daha  uyğuladı-kəsinlədi (təstiqlədi). E. Əlizadənin, Ağasoğlunun, Azərtürkün araşdırmalarından çıxardılan sonuca ürəklənərək deyə bilərəm ki, Borçalı xalqının bir parası xüsusilə Kəpənəkcilər Sümerlərin soylarından qalma xalqdılar.  Oxucuları inandırmaq üçün,  Oğuz-Zülqədər xalq dastanının qısa özütünü oxucularln dartışmalarına (müzakirələrinə) verirəm.      

Oğuz xan–Zülqədər dastanı.

    Genelliklə (ümumiyyətlə) hər bir nağılın, əfsanənin,mifin və dastanın içərisində hər hansı bir doğru dənəciklər (zərrəciklər) oturur və bu dənəciklərin yan-yörələrinə düşüncənin, təfəkkürün yaratdığı bir çox yalan olaylar düzülür. Bununla da nağıl, əfsanə, dastan və mif yaranır. Bu çoxlu yalanlar içərisindən doğru dənəni tapmaq və onun kökündə (əsasında) fikir yürütmək çox çətindir. Mənim söz açdığım “Oğuz xan-Zülqədər” dastanı da bu cür yalanlarla dolu, 5-6 min illərdən artıqdır ki, yol gələn bir olmuş, doğru və dəyərli olayın dənəsidir (zərrəsidir). Unudulmuş bu dənənin üzərindəki tozu təmizləməyə çalışacam. Əgər təmizləyə bilsəm o tozlar arasından türkün qazancına olan, keçmişin gerçəkliklərini göstərən ışığın gəlməsinə arxayınam.   

Bu qocaman Oğuz xan dastanını Türk xalqının ən ulu dastanı saymaq olar. Çünkü burada söz, yabançı adamlardan gedir. Dil bilməz, tanrı tanımaz adamların gəlişmələrindən danışılır. Qafqaz türkləri arasında Oğuz xan dastanının Borçalı çeşitnin (varyantının) qısaca özütünü (xülasəsini) yada salaq. Borçalıda bu günədək  yaşayan Oğuz- Zülqədər dastanında deyilir: Hun xanlarının xaqanı Qara xanın arvadı bir oğlan doğdu. Oğlan, ağ  üzlü, göy gözlü, at ağzlı, qara qaşlı, qara saçlı, gen kürəkli  bir oğlan idi. Oğlan bir gündə bir aylıq boy atırdı. Odur ki, doğulan kimi anasının südü ona  azlıq elədi. O yemək yedi, içmək içdi. Doğumundan 40 gün sonra dil açdı danışdı.

Oğuz xan bir yaşında “mənə at verin minim” dedi.  Atası ona ad vermədi oğul deyə çağırdı. Ölkənin ən ağıllı adamını ona Lələ (tərbiyəçi) tutdu. O böyüdü, Kürəyi öküz kürəyi kimi enli oldu. Tay-tuşları onun qolunu əyə bilmədilər. Ormanda oymağın, el-obanın,  malını-atını yeyən qanadlı qurd yaşayırdı. Puskuda durub onu öldürdü, Eldə ad-san qazandı. iyidlər arasında sayılıb- seçilən bir iyid oldu. Qara xan eli yığdı oğluma ad qoyun dedi. El də hamılıqla bir ağızdan onun  adını güc ünü olan  Oğuz (öküz) qoydular.

Bir gün Oğuz yuxusunda bir tuş (yuxu) gördü. O gördü ki, bir yelqanat atla yol gedir. Qarşısına iki başlı bir Aslan çıxdı, buna sarı yürüdü. Onun atı Aslanı tapdaladı, əzib üstündən keçdi.  Oğuz aslanın başını kəsdi. Qarşısına ucu  görünməz dəniz çıxdı. Oğuz üzünü gündoğana çevirdi, yol boyu çoxlu Bəbirlər düzülüb Oğuza baş əyirdilər. Qarşısına yenə dəniz çıxdı. Sonra üzünü güneyə çevirdi. Qarşısına bir öküz çıxdı. Atı öküzün başını üzdü, qopartdı, Öküzün başı tac oldu. At tacı Oğuzun başına qoydu. Yenə qarşısına dəniz çıxdı. Oğuz üzünü quzeyə tutub dağa çıxmağa başladı. Dağdan bir qara Qarğa enib, Oğuzun tacını vurub yerə saldı. Tac dığırlanıb, dağın ətəyində parça-parça oldu.

Dan (səhər) açıldı Oğuz Tuşunu hər şeyi bilən Lələsinə danışdı. Lələsi, “bu dünya dənizin üzərində böyük bir parçadır. Sən dənizlərədək dünyanın hər yanını tutan bir xaqan olacaqsan, qocalanda bütün adamların başına gələn üzüntü sənin də başına gələcək” deyib duşu yozdu. Oğuzun atası Qara xan qocalmışdı. Bütün xanları çağırıb Qurultay topladı. Oğlunun yetginləşib, xaqanlığa layiq olduğunu dedi və Xaqanlığı oğluna verdi. Qardaşı Or xanı da Hun alplarına başbuğ qoydu. Ömrü boyu yenilməyən Or xan Oğuz xana güvənikli (etibarlı) bir başbuğ (sərkərdə) oldu. O gündən Oğuz xan xaqanlığı yönəltməyə başladı.

Oğuz xan bir gün hunlarını götürüb ova çıxdı. Ovda yağış yağmağa başladı. Şimşək çaxdı, Ormanlığa ildırım düşdü. Oğuz xan ildırım düşən yerdə bir qızın oturduğunu gördü. O, hunlarına “Tanrım mənim ovumu göndərdi” dedi. Qızı götürüb evnə gətirdi. Adını Ülkər qoydu. Onunla evləndi. Başına 40 dənə qarabaş yığdı. Bir gün yenə Oğuz xan hunları ilə gündoğan ormanlığına yön alıb ova getdi. Ovda bir maralı qova-qova bir çəmənliyə apardı, Maral  qalın hündür otlar arasından çıxa  bilmədi. Xan kəmənd atıb ovu diri tutdu. Hunlarına burada dincəlmək göstərişini verdi. Xan çəmənlikdə dincələn sürədə, ormanın gözəlliyi, yaylaları, sərin bulaqları xoşuna gəldi. O, hunları ilə gənəşiklik  elədi. Burada bir kənt (şəhər) salmağı qərarlaşdırdı. Kəntin tikilməsinə göstəriş verdi. Bütün hunların səfərbərliyi oldu.  Kənt tezliklə tikildi. Kəndin adını Həmədan (hamının evi) qoyudu, özünə başkənt elədi. Xanın gənclik  qüruru ona sakitlik vermirdi. Özünü dünyanın xaqanı görürdü. Onda tək xaqanlıq istəyi artdı. Bu istəklə də  hunlarını  toplayıb böyük bir ordu ilə  günbatana yürüş elədi. Rum elini və bir çox  ölkələri yendi, onları öz qulluğu altına aldı. Ölkələri ala-ala getdiyi yolda qarşısına dəniz çıxdı. Axşam oldu xan günəşin gümüş kimi parıldayan bir dənizdə batdəğını gördü. Quru dünyanın burada qurtardığını dedi. Dənizin adını Ağdəniz qoydu. Yanındakı dağın ətəyində dincəldi dağın adına da Ağ dağ dedi. Oradakı xanlarla dosrluq anlşması və öhdəçiliyi bağladı, geri ölkəsinə döndü. Bir sürə dinçəldikdən sonra, üzünü gündoğana tutdu. Dünyanın axırınadək getməyi qərarlaşdırdı. Xan bir sürə yol getdikdən sonra qalın ormanlıqlarda yabançılara (vəhşilərə) dilbilməz çöllü adamlara rast gəldi. Bu adamların onun hunlarına çox oxşadığını görən xan, “bunlar da məndəndir” dedi. Onların adlarını “Türkmən“ qoydu. Onların yanlarında hunlarından xeyli adam qoyub onlara paltar geyindirməyi, dil öyrətməyi tapşırdı. Bir ay yol getdikdən sonra yenə, yabançı qanmaz çöl adamlarına rast gəldilər. Onları bir araya toplamağa göstəriş verdi. Çöllülərə paltar geyindirmək və  dil öyrətmək üçün ordusundan bir takım Hun ayırdı. Özü isə yolçuluğunu (səfərini) davam etdi. Bir sürə getdikdən sonra, yenə də qarşılarına yabançı, çılpaq, dilbilməz,  dağ mağaralarında yaşayan xalqa rast gəldi. Bunların qadınlarını çox, kişilərini az görən Xan onlara Qırxqızlar dedi. Kişilərin az olmalarının kizini (sirrini) soruşdu. Kişilərin “yarımız qalıb yurdumuzu yadlardan qoruyuruq, yarımız yem üçün  ova gedirik” dedilər. Qırxqızlara da , geyinmək, danışmaq öyrətmək üçün Hunlardan alplar ayırıb qoydu . Özü isə yenə yoluna üz tutdu.

Qeyd: Yeri gəlmişkən bildirim ki, belə bir yazılı rəvayət də var. Suyan xanın bir qızı olur və  onun 39 qarabaşı olur. Xan qızı ilə birlikdə qarabaşları da evləndirir. Bunlardan törəyən boya  Qırğızlar deyilir. Başqa bir rəvayətdə də Buman xanın 40 qızı olur oğlu olmur. Bu qızların evliliyindən Qırğızlar törəyir. (D.K. T.S.S.s-176)  

Yolda gözəl çəmənli-çiçəkli, sərin bulaqlı, bol ovlaqlı bir dağa rast gəldilər. Çoxlu ov ovladılar, Ordu burada dincəldi. Günəşin enib dağda batdığını görən xan. Tanrının da bu dağa enib yatdığını düşündü. Bu dağın adını Tanrı dağı qoydu. Dağın çəmənliyində dincəlib yorğunluğunu aldıkdan sonra yenə yol getməyə başladı. Qarşılarına at minən yayoxu ilə silahlanmış, az sözlü qoçaq və bacarıqlı ovçular çıxıdı. Oğuz xan onların başçılırı ilə dil tapıb dost oldular. Oğuz xan bu yabaçılara yaxşılıq elədi onlra yay, ox bağışladı nişançılıq sirlərini öyrətmək üçün yanlarında Hunlar qoyub yola düşdü. Yaxşılıqları görən yabançılar, Oğuz xana qarşılarında Çin ölkəsinin olduğunu və onun güclü ordunun olduğunu deyib, onlara qarışmaqlarlnl istədilər. Xaqan onlara razılıq vermədi. Xan onlara “Uyğur” (Uyğur ulu türk dilində bizə uyanlar, qoşulanlar deməkdir) adını verdi. Xaqan onların da gəlişmələri (əhliləşmələri) üçün Hunlarından alplar qoyudu.

Ardı var

Bu xəbəri paylaşın: