TƏBRİK: MUSAYEV AZAD MƏHƏMMƏD OĞLU — 50

     Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) rəhbərliyi və Fədai.az kollektivi müharibə veteranı Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri Musayev Azad Məhəmməd oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

  Azad Musayevin yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin və hər yeni günü isə ötən günlərdən daha gözəl istəklərinə uyğun onu xoşbəxt edəcək şəkildə keçsin.Amin!

     Müharibə Veteranı Musayev Azad Məhəmməd oğlu  03 fefral 1972-ci ildə Zəngilan rayonunun Seyidlər  kəndində anadan olub.

      Azad Məhəmməd oğlu Musayev  1979-cu ildə Zəngilan rayonunun Seyidlər kəndində səkkiz illik məktəbin  birinci sinifinə getmiş, 1987-ci ildə həmin məktəbi, 1987-1988-ci illərdə Azərbaycan Türklərinin qədim yurd yeri olan- Qafan rayonunda orta məktəbin doqquzuncu sinifini, 1989- cu ildə Zəngilan rayonunun Şərikan kəndində  orta məktəbin onuncu sinfini , 1990-cu ildə isə Bakı şəhərində Texniki Peşə məktəbini bitirib.

      Musayev Azad Məhəmməd oğlu 1990 -1992-ci illərdə  Sovet ordusunda müdddətli həqqi hərbi xidmətdə olub.

    1992-1996-cı illərdə Azərbaycan Ordusunun Zəngilan, Füzuli və Goranboy rayonlarında yerləşən hərbi hissələrində manqa  komandiri, taqım komandirinin müavinini, bölüyün baş cavuşu vəzifəsində Vətənə Dövlətə və xalqa sədaqətlə xidmət edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal  iştirak edib

     O, Azərbaycan Ordusunda  xidmət etdiyi, Azərbaycan Vətən Müharibəsi Vetreranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri vəzifələrini yerinə yetirdiyi illər ərzində  özünü qorxmaz, səxavətli, insanpərvər, əliaçıq, zəhmətkeş  bir insan kimi  göstərmişdir. O, istər anadan olduğu və yaşadığı ərazidə oxuduğu orta təhsil müəssisələrində, istərsə də xidmət etdiyi və işlədiyi kollektivlərdə ,dost- tanış ,qohum-əqrəba arasında özünə layiq hörmət qazanmışdır.

       Müstəqil Azərbaycanın  Müdafiə Nazirliyinin  hərbi hissələrində  xidmət etdiyi ,Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin Zəngilan rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməkdə,  eləcədə digər  hüquqi- normativ aktların tələblərinin yerinə yetirilməsində üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmişdir .

       Vətən Müharibəsi zamanı vətəndaşlıq borcunu layiqincə yerinə yetirərək Azərbaycan Ordusuna göstərdiyi maddi mənəvi dəstəyə görə Azərbaycan Ordusunun Baş Qərargah rəisi  və Azərbaycan  Ordusunun döyüş bölgələrində yerləşən hərbi hissə komandirləri tərəfindən Fəxri fərmanla mükafatlandırlıb.

      Azərbaycan Ordusunda Hərbi vəzifələrin  icrası zamanı  yüksək-mənəvi döyüş  keyfiyyətləri göstərdiyinə görə, döyüş və ictimai siyasi hazırlığında, hərbi intizamın möhkəmləndirilməsində yüksək göstəricilərə nail olduğuna və nümunəvi xidmətinə, eləcə də Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin  Zəngilan rayon şöbəsinin sədri vəzifəsini yerinə yetirərkən xüsusi fəriqləndiyinə görə   Müdafiə Nazirinin, Korpus  və hərbı  hissə komandirinin əmirlərinə və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəyasət heyətinin  qərarlarına əsasən  müvafiq medallarla, döş nişanları ilə, pul mükafatları ilə, fəxri fərmanlarla, qiymətli hədiyyələrlə mükafatlandırlıb və ona təşəkkür elan edilib.

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, AZAD BƏY

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə, Musayev Salman Calal oğlu

Bu xəbəri paylaşın: