İSA MEHDİOĞLU
(Əvvəli ötən yayınımızda)
Çin sınırına çatanda nizami ordulu Çin xaqanlığının olduğunu görür. Çin Xaqanı Oğuz Xanı sarayına qonaq aparır. Qonşu xaqanlar kimi dost olurlar. Çin xaqanı dostluq nişanəsi olaraq, ona qızıl yəhərli at bağışlayır. O da cavab olaraq bir göz qamaşdıran ləl bağəşlayır. Xaqanlar gəzməyə çıxırlar. Oğuz xan kölgəsinin olmadığını görəndə ilgiclənir (maraqlanır) kölgələrinin necə olduğunu soruşur.
Çin xaqanı bizim yalnlız səhər və axşam kölgəmiz olur deyir. Bu necə olur deyəndə səbəbini aydınlşdlra bilmir. Lələ söhbətə qarışıb “biz dünyanın ortasında olduğumuz üçün, durduğumuz yerdə günəş düz başımız üstündə durur. Onun üçündə kölgəmiz olmur”deyir. Quranın 18\90-cı ayəsi həmin bu yerə işarə edilərək deyilmişdir. Çin xaqanı Oğuz xana “dəyərli xan Lələ çox şeylər bilir icazə ver mənim adamlarımdan öyrətmən götürsün deyir. Xan razılıq verir. Lələ bunların 5 ildən sonra qayıdacaqlarını deyir xaqan razılaşır. Onlar dənizə gəzməyə çıxırlar. Oğuz Xan günəşin göy rəngli dənizdən çıxdığını görüb, ona Göy dəniz adını verir və burada dünyanın qurtardığını deyir, Çin xanı ilə dostluq öhdəçiliyi bağlayır. Aralarında sınırlarını bölüşdürürlər. Xaqan geri hunlarının yanına gəlir.

Bir sürə burada qalır. Uyğurlar üçün bir başkənt tikdirir. Uyğurlara başçılıq etmək üçün bir takım Hun alplar ayırıb orada qoyur. O dönəmlərdə ordu illərlə yol gedib gəldikləri üçün onlar yolçuluğa evli çıxarmışlar. Başkəntin adını Hunqar qoyur. Bir sürə dincəlib, geriyə öz yurduna yola düşür. Qayıdan dönəmdə yarıdan yuxarı başı qarlı bir dağın güllü, cicəkli ətəyində dincəlir. Dağ xoşuna gəlir. Dağın təpəsinə adamlar göndərmək istəyir. Ancaq Lələ razılaşmır. Qışda bu dağa çıxmaq olmaz. Yalnız 6 aydan sonra dağın təpəsinə çıxmaq olar deyir Oğuz xan dağın adını Altay qoyur. Gedəndə yollarda qoyduğu yabançıların (vəhşilərin) artıq gəlişdiklərini (əhliləşdiklərini) görüb, bunlar üçün də yeni bir başkənt tikdirir. Adını Sumerkənt (Səmərqənd) qoyur. Sonra da ölkəsinə Həmədana gəlir. Gəlişi şərəfinə böyük qonaqlıq verir. Bütün qonşu xaqanları, xanları qonaq çağırır. Dünyanın hər iki ucunadək getdiyini bildirir. Özünü dünyanin iki ucunun xaqanı elan edir. Başına iki buynuzlu tac qoyur. O gündən də bütün qonşu xalq ona Zülqərneyn xaqan deyir.
Özünün xalqı ona Zülqədər (iki buynuzlu) xaqan dedilər. Zülqədər bir az dincəlir və üzünü günəş ortamına tutub yol gedir. O qədər gedir ki, axırda qarşısına ucu-bucağı görünməyən dəniz çıxır. Qızarmış günəşin dənizdə batdığını görən Zülqədər. Burada dünyanın qutardığını deyir və dənizin adını “Qırmızı dəniz” qoyur. Zülqədər xan xaqanlığını daha da genişləndirir böyüdür, xalqı bolluq, varlıq (rifah) içərisində yaşadır. Son halda qocaldığını görüb, ölkəsində olan göybilimçiləri (münəccimləri) çağırır. Göybilimçilərə ölməzlik üçün bir qurtuluş yolu tapmalarını əmr edir. Göybilimçilər bildirirlər ki, dirilik suyu qaranlıq dünyadadır. Onun yolunu heç kim bilmir. Xan bilgin Lələsini çağırır. Dirilik suyunu tapmaq üçün Lələsindən gənəşik alır. Lələ ölümsüzlüyün qarşısının alınmasının olumsuzluğunu deyir. Xan razılaşmır. Getməyi qərara alır. Lələ yolda çətinliklərin olacağını xana bildirir. Ama xan öz fikirindən dönməyərək suyu axtarmağı qərara alır. Bu sürədə xaqan ailəsini götürmür. Ülkərbəyim Tanrıya yalvarır ki, onu yenidən ulduza çevirsin, göydən xanı izləsin. Tanrı onun səsini eşidir. Onu qırx qarabaşları ilə birlikdə ulduza çevirir. Ülkərbəyim göydən xanın yolunu izləyir. Xan qaranlıq dünyanın yolunda bir yanar dənizə rast gəlir. Xan dənizin suyunun od tutub yandığını görür. Adını “Odlu dəniz” qoyur. Odlu dənizi keçəndə Xan göylərədək ucalan Başı qarlı-buzlu dağa rast gəlir. Dağın adına Qaf deyir. Zülqədər Qaf dağın ətəyində dincələn dönəmdə sevimli atı dağa qaçır. Alplar axtarır tapa bilmirlər. Atı qarlı dağda yaşayan yerli adamlar tutub xana verirlər və deyirlər ki. Bizm dağda yaşayan Pəri qızlarının qoruyucusu Toğrul quşu adlı qanatlı adam var. Bu xeyirxah quş Qaf dağının Albuz təpəsində (indiki Elbruc zirvəsində İ.M.) oturur. Dağı və onun Pəri qızlarını qoruyur.
Onun ilətgənliyi (bələdçiliyi) ilə atınızı tapdıq deyirlər. Xan “Toğrul quşuna dünyanın ən parlaq ləlini bağışlayır. Gələnlər “Bu dağın bütün varı onundur. O heç bir hədiyə götürmür” deyirlər. Oğuz xan “Mənim hədiyəmi götürsün alnına yapşdırsın, gecə və gündüz bunun işığı onun dağını dünyanın hər yerindən göstırıəcək” deyir. İndi dünya nəki var,Toğrul quşuda nəki var, Oğuz xanın daşnın parlaqlığı Qaf dağını gecə və gündüz işıqlı saxlayır. Xan qarlı dağda yaşayan bu adamların adını “Qarluq” (qarda yaşayanlar) qoyur. Onlara uyğarlıq (mədəniyyət) öyrətmək ücün alplar qoyub yolunu dəvam edir. Qarşılarına böyük, enli bir çay çıxır. Çaydan keçə bilməklərini sınamaq üçün, çaya üç tənə atlı alp salır. Çayın ortasında alpların itdiklərini görür. Çayın adını İtil qoyur. Çayı keçmək üçün başqa yol axtarır. Bu anda Yerli yabançı adamlar bunlara köməyə gəlirlər. Onlar çayı keçməyin yolunu öyrədirlər. Onlara kömək edib, ormanın ağaçlarından doğrayıb sal düzəldirlər. Salların köməyi ilə İtil cayını keçirlər. Bu yerli xalqın adına Kıpcak ( ulu türkcə kupçak sözü, uyan, qoşulan, kömək edən anlamını verir) deyir və onlara dil öyrədib gəlişdirmək (əhliləşdirmək) üçün yanlarında Hunlarından alplar qoyur və qaranlıq dünyaya yola düşür.

Qeyd: O.Süleymanov Kıpçak sözünü belə aydınlaşdırır. ”Bir çox türk etnonimləri, tayfa damğasının adını daşıyır. Tilik tayfasının damğasının adi bir xətdir, (yəni pıçak tiliyi) Qazax dilində Xəttə “tilik” deyilir. Tilik sapsız pıçak anlamında işlənir. (Borçalı türkləri də sapsız pıçağa tiyə deyir. İ.M.). Çox güman ki, “iki üfüqü xət” damğası bir vaxtlar iki pıçaq adlanmış və sonralar bu söz, cümlə qovuşma prosesində kıpçaka çevrilmişdir. (O.Süleymanov “AZ-YA” Bakı 1993 s.134-35) .
Qaranlıq dünyanın yolu ilə gedəndə qarşılarına bir dağ çıxır. Hç cür bu dağı keçə bilmirlər. Axırda Xaqan Lələdən soruşur “Lələ bu nə gizdir (sirdi)r atları tər basdı taqətdən düşdülər bir addım belə gedə bilmirlər, bu gizə (sirrə) bir çarə tap” deyir. Lələ barmağını alnına qoyub bir qədər fikirləşdikdən sonra, qılncını çıxardıb yanındakı qayaya yapışdırır. Qılınc qayadan asılı qalır. Qılıncı qayada asılı görən Oğuz xan, “Lələ bu sirri bizə anlat” deyir. Lələ “bu dağ dəmiri tutan dağdır, Bu dağ haqqında dədələrimdən eşitmişdim, ind özüm tanıqı (şahidi) oldum. Atların nallarını sökün gedək, qayıdıb buradan keçəndən sonra yenə də nallarsınız” deyir. Atların nallarını söküb, rahat yol getdilər. Qaranlıqda alpların azmamları üçün Lələ yeni doğmuş bir atın balasını burada kəsin, qayıdan başı həmin atı önə salın öndərlik eləsin.
Sizi gətirib ölən balasının üstünə çıxardacaqdır deyir. Elə də qaranlıq dünyanın başlanğıcında anasının gözü önündə yeni doğmuş bir daylaq kəsib yola düşürlər. Axırda qarşılarına çoxlu isti bulaqları olan bir yer çıdır. Lələ dirilik suyunun burada olduğunu deyir. Zülqədər bulağı tapmaq üçün əlində ki, ölmüş balıqla dirilik suyunu axtarır. Ama tapa bilmir. Ordu sərkərdəsi Xızırın yox olduğunu eşidir. Onu görən alplar sərkərdənin qolları qanad olub göyə uçduğunu deyirlər. Xan sərkərdənin haradan göyə qalxdığı yeri göstərmələrini deyir. Alplar xanı həmin yerə aparırlar Xan orada suyu qurumuş bir bulaq yerinin olguğunu görür. Xan başa düşür kü, dirilik suyu ona yox, Xızırın düşərpay (qisməti) olmuşdur. Üzüntü keçirərək (Peşimançalıqla) geri qayıdır. Xızır da o, gündən türklərin ölməz, həmişəyaşar bilqamısı olur. Dastanda xan hər şeyin, dağın, ağacın, suyun, quşun dilini bilən bir xan kimi verilir. Yol boyu qurtla, quşla, ağacla söhbət edir. Qayıdanda xan Qaf dağından keçməli olur. Dağı keçmək üçün yol axtarırlar, axırda bir dar dərəli yal tapırlar. Yaldan aşıb, dağı keçirlər. Qarşılarına çoxlu dağ xalqı rast gəlir. Böyük ordulu Zülqədəri görən xalq, ona deyir ki, quzeydə, (şimalda) yaşayan Anqut- Manqut adlı xalq onlara yağı kəsilibdir. Vaxtaşırı keçib mallarını, varlarını talayıb aparırlar.
Bu cümlə olduğu kimi quranda verilir. 8/94 deyilir: “Ey Zülqərneyn Yəcuc-Məcuc bu ərazidə fitnə-fəsad törədirlər. Zülqədər ordusuna bu iki dağ arasına divar çəkməyi əmr edir. Ordu dəmir-Mis qarışıqlı torpaqla iki dağın arasını doldurur. 700 öküz dərisindən 700 körük hazırladır. 700 yerdən od vurub 7 gün körükləyirlər torpaqdakı dəmir mis əriyib, hər iki dağ arasındakı keçidi bağlayır. Dərəni keçilməz bir yal edir. Adını daryal qoyur. Sölənilən mənzərə olduğu kimi Quranın 18\95-96 ayılırində təkrarlanır.
Yerli xalq Xana bildirirlər ki, “burada iki qoşa dağ var, ( Bəzi rəvayətdə iki qoşa ağac var) hər xas (çərşənbə) günü onlar bir- biri ilə danışırlar. Ama onların söhbətlərini biz qanmırıq” deyirlər. Zülqədər xan dağların (ağacların) söhbətini dinləmək üçün, həmin dağa gedir. Xas günü iki dağın arasında çadırını qurdurub onların söhbətlərinə qulaq asır. Gecənin bir sürəsində dağlar (ağaclar) dilə gəlib danışırlar. Biri o birinə deyir ki, “gözün aydın Zülqədər xan bizə qonaq gəlibdir”. O biri də cavab verib deyir ki, “qonağmız dünyaya mənimdi deyir, yenə gözü doymur. Ama xəbəri yoxdur ki, onun özü bu dünyanın yemidir. Gələn xas günü dünyanın özü onu udacaq və həmişəlik gözünü doyduracaqdır”. Bu söhbəti eşidən xan, tez xas çadırına qayıdır. Ordu sərkərdələrini yığıb onlara yollarını dəvam etməyi əmr edir. Xan yolunu getməyə başlayır Qarşısına bir dəniz çıxır, uzaqdan baxanda dəniz qapqara görünür, yaxına gəldikdə dənizin dibindəki daşlar da görünür. adını Qara dəniz qoyur. Yolda Zülqədər xəstələnir. Ölüm ayağında ordu başbuğlarını çağırıb onlara tutsu (vəsiyyət) edir. “ Xas günü mən öləcəm. Ama ölkəmin yolu hələ çox uzaqdı. Mən öləndə sağ əlimi tabutdan eşikdə (kənarda) saxlayın. Harada əlimi çəksəm orada basdırın” deyir. Xan ölür tutsuya görə sağ əlini tabutdan eşikdə aparırlar.
Bir dağın yanından keçəndə qoyun otaran çoban soruşur, “bu ölünün suçu nədir ki, əlini eşikdə aparırsınız deyir.
“Bu bizim xanımızdır. Öləndə özü belə tutsulamışdır” deyirlər. Bilici çoban, iki başlı söhbəti anlayır. Yerdən bir ovuc torpaq götürüb, xanın ovucuna tökür. Həmin anda xan əlini çəkir. Ordu başçıları belə qərara gəlirlər ki, xanı həmin dağın təpəsinə (zirvəsinə) basdırsınlar. Çobandan dağın adını soruşurlar. Çoban “Yeldağıdır” deyir. Zülqədəri çıxardıb Yeldağının təpəsinə basdırırlar. Zülqədər Yeldağının başında sonsuzluğa (əbədiliyə) qovuşur. Ülkərbəyim də 40 qarabaşı ilə birlikdə göydə parlaq ulduz halında qarabaşlarıda yanında həmişəlik Ülkər ulduzu olub, sonsuzluğa qovuşur. Dastan bununla tamamlandı, bitdi. Ama Zülqərneynin axtarışı bitmədi. O, bu gün də axtarılır.Həmin Yeldağı, Borçalının Bolnisi şəhəri ilə Kəpənəkçi kəndi arasında öz yüksək qürurilə durur. Borçalı xalqının kutsal dağıdır. Yan-yörəsində yaşayan türklər və qreklər dağa tapanaklarını bu gün də yaşadırlar. Bu gün Oğuzun-Zülqədərin kutsal gömütnün üstündə gürcülər 2010 ildə görkəmli bir kilsə tikdilər.

Dağa, gömütə hər şeyə yiyələndilər.Çox yazıqlar olsun ki, sözdə özünü böyük xalq sayan türk xalqı Oğuzun (Zülqədərin) gömütünə yiyə dura bilmədi. Torpaqları kimi dəyərli adamlarını da itirə-itirə gedirlər. Onu da deyim ki, mənim uşaqlığımda “Zülqədərin buynuzu var, buynuzu” adında bir uşaq şeir kitabı var idi. Dastan uşaq dilində qısa halda yazılmışdı.
İlk öncə onu işıqlandırmağa çalışaq ki, dastanda adı çəkilən Zülqədərlə, Qurandakı Zülqərneynin aralarında hər-hansı bir oxşarlıq, uyğunluq varmı? Bu qaranlığı aydınlaşdırmaq üçün dastanda səslənən olaylarla, Quran ayələrini gözdən keçirək. Onu qeyd edim ki, dastanda Zülqədər həm xaqan, həm də peyğəmbər kimi verilir. Quranda da eyni durum öz kəsinliyni (təstiqini) tapır.
Quranın 18-ci surəsinin 83-cü ayəsində deyilir: “Səndən Zülqərneyn barəsində soruşurlar. De onun barəsində sizə hekayət söyləyəcəyəm.” Ayənin yazılışından aydın olur ki, Kimlərsə peyğəmbərdən Zülqərneyn haqqında soruşubdur. Peyğəmbər ə.s.da Zülqərneyn deyə cavab veribdir. Çünkü Zülqədərlə, Zülqərneyn arasında çox yxın oxşarlıq var. Zülqədər iki qədərli anlamını, Zülqrneyn isə iki qərinəli (taleyli) anlamını verir. Demək Zülqədəri Zülqərneyn deyə adlandırmaq elə də böyük suç deyildir. Hər iki adın bir adama ilgi ola bilməsi inandırıcıdır. Eyn zamanda ayədə rəvayət, nağıl yox “hekayət söyləyəcəyəm” deyilir. Rəvayət, əfsanə, mif, nağıl həmişə hər hansı bir xırda doğru halın yan yörəsinə düzülən yalanların qarışması ilə yaranır. Bəzəndə ağlın, təfəkkürün verimi kimi yardılır. Bunlardan ayrımlı (fərqli) olaraq, hekayə həmişə doğruluqla, bağlı olan olaylardan danışır. Demək peyğəmbər ə.s. Zülqərneyni rəvayət kimi yox, doğruluq olaraq, bir olay kimi bilir və onun hekayəsini danışır.
(Ardı var)
