Sabirabadlı veteranlar şəhid övladının ad günündə iştirak ediblər

Sabirabad rayon veteranları Şirvan şəhərində şəhid leytenant Süleyman Bağırovun övladı Nilufərin ad günündə iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.


Faiq Hüseynov bildirdi ki, qəhrəman döyüşçü, şəhid Süleyman Bağırovun övladı Nilufərin ad günündə onunla birgə olmaq hər bir veteranın ürəyincə oldu.


Ad gününü təbrikə gələn müharibə veteranları şəhid övladına xoş arzularını çatdırdılar.


Təbrik edir və ən gözəl günlər, böyük gələcək arzulayırıq!

Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir, Sabirabad

Bu xəbəri paylaşın: