Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsinin sədri Əlövsət Məmmədov və şöbə üzvləri, Beyləqan şəhərində şəhid Famil Şiraslan oğlu Həsənzadənin adına verilmiş küçənin açılış mərasimində iştirak ediblər.
Mərasimdə Beyləqan rayon İcra Hakimiyyətinin Beyləqan şəhər nümayəndəsi Heybət Əliyev, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Beyləqan rayon şöbəsinin rəisi Zöhrab müəllim, MTK rəisi Vidadi müəllim, məktəblilər və küçənin sakinləri iştirak edirdilər.

Xatırladaq ki, Beyləqan rayonu ən çox şəhid verən bölgələrimizdəndir və rayon İcra Hakimiyyətinin Başçısı Asif Əliyevin rəhbərliyi daim bu sahəyə diqqət və qayğıyla yanaşır.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elçin Qədirov
Qarabağ üzrə müxbir, Beyləqan




