İSA MEHDİOĞLU
(Əvvəli ötən yayınlarımızda)
Ayəni açıqlayan hədisçilər hədislərdə deyirlər: ”Yahudilər soruşdular ki, Talmutda adı bir dəfə çəkilən buynuzlu peyğəmbər kimdir.” Peyğəmbər ə.s. buynuzlu peyğəmbərin adını, davranışlarını və getdiyi yolları ayələrdə çox aydın və dürüst göstəir. Dastanda deyilənlərlə Quran ayəsində deyilən tam üst-üstə düşür.
Belə ki, 18\85 ayədə deyilir:”O yola çıxdı.” Hansı yola, hansı yana bilinmir. Ama 86-cı ayə ona aydınlıq gətirərək deyir: “Nəhayət, günəşin batdığı yerə gəlib çatdıqda qara palçıqlı bir çeşmədə batan gördü. O çeşmənin yanında bir tayfa da gördü. Biz ona belə buyurduq: “Ya Zülqərneyn! Sən onlara əzabda verə bilərsən, onlarla yaxşı rəftarda edə bilərsən”! Ayənin deyilişindən aydın olur ki, Zülqərneyn günbatana yola çıxıbdır. Eyni zamanda bu ayədə Tanrının gənəşikliyi onun peyğəmbərliyini təsdiqləyir.

Dastanda da Oğuz xan ilk yolçuluğunu günbatana edir. Gün batan yerdə ordusu dövləti olan bir xalqa rast gəlir. Quranda deyilən kimi Zülqədər bunlara “əzab da verə bilərdi” Ama davasız-qırğınsız andlaşma bağlayıb qayıdır. Bax bu durum Quranın 18\86 ayəsində “ Ya Zülqərneyn! Sən onara əzabda verə bilərsən onlarla yaxşı rəftar da edə bilərsən”! deyə verilibdir. Oğuz xanın ilk yolçuluğu Quran ayəsinə uyğun gəlir. Yalnız dastanda günəş ağ dənizdə batır deyilir. Amma Quranda günəş qara palçıqlı bir çeşmədə batır deyilir. Burada bir balaca kuşqu yeri var. Oğuz xan dünuanın axırı olduğunu zənn edib qayıdır. Çeşmənin olması dünyanın sonu demək deyil. Eyni zaman da çeşmə yaxın mənzildə görünər, gün batan uzaqlığında olan mənzildə çeşmə görünməz. Quranda yanlışlıq ola bilməz. Demək çeşmə sözünün çevirməsində, açıqlamada ya da tərcümədə hər hansı bir yanlışlıq ola bilər.18\89 ayədə deyilir “Sonra o başqa bir yola tərəf üz tutub getdi”. Yəni gün doğana getdi. 18\90- da: “Nəhayət, günəşin çıxdığı yerə çatdıqda onu bir qövm üzərində doğan gördü ki, onlardan ötrü ona qarşı heç bir sipər yaratmamışdıq”. Bu ayə Oğuz xanın Çin patişahı ilə söhbətinə uyğun gəlir. Dastanda deyilən kimi qızmar günəş onların başlar üzərində lduğu üçün kölgələri olmur.18/93-ci ayədə deyilir: “Nəhayət iki dağ arasına gəlib çatdıqda onların ön tərəfində az qala söz anlamayan bir tayfa gördü.” Tayfa dedikdə söz yox ki, adamlar anılır. Adam da göydə yox yerdə yaranan varlıqdır. Eyni zamanda peyğəmbər ə.s.ın ”az qala söz anlamayan bir tayfa gördü” deməsi, onu göstərir ki, peyğəmbər danışdığı olay, ondan çox-çox qədimliyin, hələ adamların söz anlamadıqları bir dönəmdə onlara peyğəmbərlik edən bir kimsədən danışır. Bu fikir olduğu kimi dastanda. Bir neçə kərə səslənir.
Oğuz xan doğuya gedəndə bir çox sözbilməzlərlə rastlaşır. Qaranlıq dünyaya gedəndə Zülqədər xan Qaf dağında bir çox sözbilməzlərlə rastlaşır və s. Göründüyü kimi Quran ayəsilə dastan olayları eyni səslənir. 18\94-cü ayə: ”Onlar dedilər: “Ey Zülqərneyn! Yəcuc, Məcuc bu ərazidə fitnə-fəsad törədirlər. Bizimlə onların arasında bir səd çəkmək üçün sənə müəyyən məbləğ versək olarmı?”18\95.”O dedi: Rəbbimizin mənə berdiyi daha yaxşıdır. Gəlin öz qüvvənizlə mənə kömək edin. Məndə sizinlə onlar arasında möhkəm bir səd düzəldim”!Onu deyim ki, Yəcuc və Məcuc ərəbləşdirilmiş sözdür. Dastanda bu xalq Anqut-Manqut adlanır. (Anqut-Manqut sözü Borçalı atalar söxündə bu gündə işlənir) Görünür Anqut-Manqyt sözü hər hansı bir alçaldıcı sözdür. Söhbət quzov Qfqazda yaşayan hər hansı bir yabanı xalqdan gedir. Quzov Qafqazda Yəcuc, Məcuc adlı xalq yoxdur. Yəqin ona görə də ilahyat alimləri onları göy ulduzlarının adamları hesab edirlər. Sonunda Zülqərneynin “Rəbbimizin mənə verdiyi daha yaxşıdır deməsi onun tək tanrılı olduğunu göstərir. Divarı (Səddi) də xalqla birlikdə tikir.

18\96-da deyilir: ”Mənə dəmir parçaları gətirin!” (onlar gətirdilər). O (Zülqərneyn) iki dağın arasını (dəmir parçaları ilə doldurub) bərabərləşdirən kimi: (körükləri) üfürün!”-dedi. (Onlar körükləri üfürdülər). (Zülqərneyn dəmiri) od halına salınca: mənə ərimiş mis gətirin, onun üstünə töküm!” dedi. (Dəmir və mis bir-birinə qarışdı, ərimiş mis divarın dəliklərini doldurdu. Və beləliklə möhkəm bir səd əmələ gəldi)”. Qurandakı bu ayə, dastanda belə verilir. “İki dağın arasına çoxlu dəmir-mis qarışıqlı torpaq doldurdular. Yeddi yüz öküz dərisindən, yeddi yüz körük hazırladılar dağa od vürub körükldilər. Körük gecə -gündüz yeddi gün alov üfürdü. Dəmir, mis əridi iki dağın arasını tutdu”. Göründüyü kimi Quranın ayəsi ilə dastanda daryal (Devdoraki) dərəsi divarının bağlanması haqqında deyilənlər necə də bir-birinə uyğun gəlir. Hər ikisində olan fikir tamam eynidir, üstəlik heç bir açıqlama, incələmə yeri qalmırr.Həmin surənin 98- ci ayəsində deyilir: “ Bu Tanrının mənə olan mərhəmətidir. Tanrının verdiyi vədə başa çatdıqda onu dağıdacaqdır.”
Həmin eyni cümlə olduğu kimi dastanda da var. Dastanda “Yeddi yüz körüyn alovu, dağ boyda tökülən torpağı əritdi, dərədə keçilməz bir sədd yarandı” deyilir. Bu sədd Allahın izini oluncaya qədər duracaq. Allahın izinindən sorna dağılacaqdır deyilir. Doğrudan da dastanda və Quranda deyilən vədə gəldi bizim dönəmimizdə başa çatdı. O səddi, sovet höküməti dağıtdı. Dastanda adı çəkilən həmin Daryal (Devdoraki) dərəsindən sovet hökuməti hərbi Gürcüstan yolunu saldı. Yeraltı tunel vasitəsilə Gürcüstanla Rusiya birləşdi. Dastanda olan bütün olaylar Quranda öz doğruluğunu tapır. Demək Qurandaki Zülqərnein dastandakı Zülqədərdir. Yəni Oğuz xandır. Ama nədənsə 1992 ildən bəri ildə bir neçə kərə mətbuatda gedən yazılara baxmayaraq, bizim tarixçilər tanrıçılığı bu günədək özündə yaşadan, ən qədim dastanmız olan və e. ö.IV- minilliyə ilgi edilən Oğuz dastanını tanımaq istəmirlər. Ən ilgincli hal budur ki, 1400 ildir həm dastanda həm Quranda eyni olayları oxuyan Türk aydınları bu günə qədər Zülqərneynə yiyə durmayıblar. Özmüzün özmüzə bu cür özgəlik, yadçılıq haradandır, heç cür inanmaq olmur.Yuxarda bildirmişdim ki, 1992 ildə “Hürriyət” qəzetinə “Quranda adı çəkilən Zülqərneyn kimdir” başlıqlı məqalə vermişdim. Məqalədə akademiyanın bilik adamlarından xahiş etmişdim ki araşdırsınlar Zülqərneynin, Oğuz-Zülqədər olduğunu elmi baxımdam təsdiqlasinlər.
2013-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası M. Füzuli adına əlyazmalar İnstitutunun çap etdiyi “Dini və tarixi Mənbələrdə Zülqərneynin şəxsiyyəti” adlı dissertasiyasının Avtoreferatını oxudum və özümü çaşırdım. Aşağda avtoreferatı incələdikcə çaşqınlığımın nədəni oxuculara aydın olacaqdır. İlginc hal odur ki, türkiyənin araşdırıcı alimləri də ZüLqərneyni kosmosda göy planetində axtarırlar.Əsəri oxuduqca həm ilgincli (maraqlı), həm də çaşqınlı (təəccüblü) duyğular keçirirdim. Əsərin kapsamından (məzmunundan) görünür kü, yazar (müəllif) çox böyük güc işlətmiş və çox da axtarışlar aparmışdır. Ama türk alimləri kimi onun da ağzı caş düşmüşdür. Öz xalqının nağıl və folklorunda, dastanında bu günədək yaşayan, Zülqədər (Oğuz) dastanını Türkiyənin və Azərbaycanın geniş bölgələrinə yayılmış Zülqədərilər soyunu heç yada salmamışlar. Bu Zülqədərilər (Oğuzlar) soyunun Qurandakı Zülqərneyn ilə bağlı olub-olmaması haqda heç bir axtarış aparmamışlar. Borçalı türkləri arasında geniş yayılmış Zülqədər (Oğuz) dastanının haradan qaynaqlandığı haqqında heç bir bilgiləri yoxdur və bilmək üçün də maraqlanmamışlar. O ilgidən (səbəbdən) də alimlərmiz axtardığını tapa bilməmişlər. Nəticədə də onu göyün ulduzlarında qaz planetində axtarmışlar. Göy planetinin adamı kimi göylərin ixtiyrına vermişlər.Türkiyə alimlərinin zənni ilə razılaşan Avtoreferat yazarı 7-ci səhifəsində yazır: “Zülqərneyn haqqında olan xəbərlər qeyb xəbərlərinə aiddir”.
O, 24-cü səhifədə maraqlı bir sonluğa gəlmişdir. “Teoloji araşdırmalar nəticəsində Zülqərneyn barədə Quranda bəhs edilən səyahətlərin bizim planetdə deyil, digər səyyarələrdə baş verdiyi fərziyyəsinə üstünlük verilmişdir” deyir. Yazıdan belə qanılır ki, yazar Zülqərneynin qeyb aləmindən olmasını düşünür və bu düşüncəni qəbul edir.
Genelliklə (ümumiyyətlə) bütün ayələri burada sadalamağa dəyməz. 83-cü ayədən 99-ayəyədək bütün ayələr Zülqərneyn haqqında olan olayları bildirir. Heç birində də qeyb aləminə uyğun gələn imayə (eyhama) rast gəlinmir. Hamısı bu dünya ilə sıx bağlı olan ayələrdir. Onların yalnız düzgün açıqlanması (izahatı) gərəklidir.Dini adamları və bilim adamları, yazarlar: “Zülqərneyn tikdiyi səddi də bizim planetdə deyil, digər səyyarə ətrafında qaz buludlarından salındığına dair fərziyələrkimi. bu barədə mövcud olan hipotezalar arasında ən düzgünü kimi təqdim olunmuşdur” deyirlər (Dissertasiya)
Demək Zülqərneynin tikdirdiyi səddi də Qeyb aləmində görürlər. İstər Türkiyyənin, istər Azərbaycanın yazarları olsunlar, istər yazılı əsər olsun, İstər internet, televisiya çıxışları olsun söhbərlərin hamısında gəldikləri sonuclar güman və zənnilə kəsinlənir. Heç kim Oğuz dastanındakı Zülqədər haqqında söhbət etmirlər. Orada adı çəkilən yerlərdən söhbət açmırlar. Onun üçün də heç biri inandırıcı görünmür. Adama elə gəlir ki, bu adamlar XXI-Y. ilin yox, X- Y ilin adamlarıdılar. Nizami deyən kimi hər şeyin arxasında dəlil durur.
Əgər dəlil yoxdursa orada yanlışlıq var.Tarixçi araşdırıcı Olğan Aydoğlu da Zülqərneynin keçmişdə göy planetində yaşadığını, Göydəki planetdə yaşayan Yəcuc-Məcucun yerə enib adamlara xata yaratmaması üçün qarşılarına divar (sədd) çəkdiyini, Divarın qiyamət günü dağılıb Yəcuc-Məcucların yerə enəsi olduqlarını deyir. İsgəndət Türən, Əhməd Tap da Zülqərneyni göy planetinin adamı hesab edirlər. Zülqərneynin bütün hərəkətlərinin və Yəcuc-Məcucun göydə olduqlarını deyirlər. (Quranda uzaya səhayət. Vikipediya)
Yalnız Əhməd Tomor xoca, Zülqərneynin bizim planetimizdə yaşamış və yerin adamı olduğunu deyir. Səddin isə Asya ilə Amerika qitələrinin ən yaxın olan yerində axtarmağı bildirir.Budur dastanda deyilir.“Zülqədərin xeyirxahlığını görən xalq, ona deyir ki, quzeydən, (şimal tərəfdən) gələn Anqut- Manqut adlı xalq onlara yağı kəsilibdir. Vaxtaşırı keçib mallarını, varlarını talayıb aparırlar. Zülqədər Qaf dağındakı Daryal (indi Devdoraki) dərəsindən hunlarını keçirir və sonra iki dağ arasındakı keçidi dəmir, mis əritdirib dərəni doldurtdurur, keçilməz sədd edir.”

Tarix tanıqdır (şahitdir) ki, Qaf dağı bu gün Qafqaz dediyimız dağdır. O nə əfsanədir, nə də yad planetdir. O bu dünyamızın bir parçasıdır. Bir çox din alimləri “ Zülqərneyn olması zənn (ehtimal) edilən növbəti insan Tövratda adı çəkilən Hanokdur deyilir. Hanokun da islam alimlərinin fikrincə İdris peyğəmbərin olduğunu”deyirlər. (Avtoreferat səh. 11). Onu qeyd edim ki, qədim yunan ədəbiyyatlarında qədim misir kahini olan və sonralar yunan allahlarından biri olan Hermes, islamda İdris peyğəmbər kimi təqdim edilir. Quranın dörd ayəsində İdris ə.s.ın adı çəkilir. Quranda İdris və Zülqərneyn hər biri ayrı kimsə kimi verilir. Əgər bunlar eyni adam olsa idilər Quranda adları ayrılıqda çəkilməzdi. Demək İdrislə Zülqərneyn bunlar ayrı-ayrı kimsələrdilər. Quran onların eyni kimsə olmağını inkar edir.Hanok kimdir? Tövratın “Yaradılış” kitabında Hanok (Xanok) İbrahim peyğəmbərin nəvsidir. O. Midyanın oğludur (bax 25/1, 2, 6). Əgər Hanok Zülqərneyn olsa idi o zaman yəhudilər Hanoku yaxşı tanıdıqları üçün peyğəmbərdən onun kimliyini soruşmazdılar. Çünkü Tövratda Hanokun adı və kimliyi aydın verilir. Demək Zülqərneyn Hanok da deyil.(Haşiyə: Yeri gəlmişkən ilginc (maraq) doğuran bir yazı yadıma düşdü. Bizim bilim adamları dərslik kitablarında Hanokun varlığını e.ə.8-ci əsrə gətirib çıxardırlar. Hal buki, İbrahim peyğəmbər dində e. ə.VI- minilliyə ilgi (aid) edilir. Bu baxımdan Hanok da ən yaxını e.ə. V- minilliyə ilgi ola bilər.
Bizim tarixçilərmiz Həmədanın salınmasını da onun adı ilə bağlayırlar. Hal bu ki e.ö. VI –minilliyə ilgili olan mixi yazılarında Həmədanın adı çəkilir. Başqa xalqlar milçəkdən dəvə yaradırlar. Bizim alimlərmiz də dəvəni milçək edirlər.Türkün ən ulu soyu olan Zülqədərilər ilə dastandakı Zülqədər xan arasında hər hansı bir qohumluq, yaxınlıq ola bilərmi?
Güney, quzey Azərbaycanında və Türkiyədə bir çox Zülqədərilər soyu yaşayır. Eyni zamanda Azərbaycanda yaşayan Zülqədərilər haqqında çoxlu ədəbiyyatlar var. Tarixi qaynaqlarda İran və Osmanlı ölkələrinin bir çox yerlərində Zülqədərilər bəylikləri olmuşdur və bəyliklərdə Zülqədər soyundan bir çox bəylər-bəylikləri (Zülqədərilər eli) olmuşdur. Çağdaş ədəbiyyatmızda Nizami Cəfərov yazır: “Səfəvi dövlətinin yaranmasında və möhkəmlənməsində Zülqədər tayfasının da böyük xidməti olmuşdur”. (Azərbaycanşünaslığa giriş, Bakı, 2002-il.) Zülqədərilər haqqında olan eyni fikiri başqa yazarlar da əsərlərində göstərmişlər.
Mirəli Seyidov “Azərbaycan mifik təfəkkür qaynaqları” Bakı.1983.s.302-də. M.S.İvanov. ”Oçerq istorii İrana” məqaləsində M.1952.s.59. İ.P.Petruşevski,” Sbornik statii po istorii Azerbaycana” Bakı 1949 s.229-də. Əhməd Kəsrəvi və s. yazarlar əsərlərində Zülqədərilər haqqında söz açmışlar.Dastanın qəhrəmanının adı ilk başlanğıcda, gəncliyində Oğuzdur. Dünyanın hər iki ucuna getdiyi və bir çox bacarıqlı ilgilərə görə, başına iki buynuzlu tac qoyduğu üçün ərəblər ona Zülqərneyn (iki qərinəli) takmasını-ayamasını vermişlər. Türklər Zülqədər demişlər. Demək bu günkü Zülqədərilər Qurandakı Zülqərneynin həm də türkün ulu dədəsi Oğuz xanın soyundan törəmələrdilər.
Aydındır ki, ilk Oğuz xan dastanı bu gün yazıda yoxdur. Dastan bu gün unudulmuşdur. Ancaq bu ulu dastandan klassik ədəbiyatlarda bir neçə tarixçi və şairlər, azca dəyşirilmiş formada əsərlərində istifadə etmişlər.Tarixçi-filoloq Dəniz Karakurt yazır ki, “türklərin qədim rəvayətlərinə görə dünyanın bir ucunda Ağ dəniz, bir ucunda göy dəniz, ortasında da odlu-atəş dəniz vardır”. (Dəniz Karakurt “Türk söyləncə sözlüyü” s.98 vikipediya).

Dəniz Karakurtun yada saldığı saldırı rəvayət yox, türklərin qədim “Oğuz-Zülqədər” dastanında adları çəkilir. Dastanın Borçalı çeşidində həmin dənizlərin adlarını Oğuz xanın qoyduğu deypilir. Ağ dəniz-türkiyə sınırında, Yanar dəniz (Odlu dəniz) –Xəzər Azərbaycan sınırında hələ də yanır. Göy dəniz Çin dənizidir. Dastanda adı çəkilən Qırmızı dəniz fars körfəzidir, Qaf dağı-Qafqazdır, Tanrı dağı və Altay dağı Ortaasyadadır. Dastanda adı çəkilən xalqlar bu gündə yaşayırlar və türkcə danışırlar.Bertels yazır:”Nizami əsərlərini yazarkən, Midya və Atropatenalıların əsgi əsatirlərinin keyfiyyətlərindən istifadə etmişdir. ”(Y.E.Bertels” Nizami” M. 1956. S.157). Elə də Nizami Gəncəvi Oğuz dastanını lap az dəyşiriklik və əlavələrlə bütünlükdə “İsgəndərnaməsində” vermişdir. Ancaq baş qəhramanın adını Oğuz yox, Zülqədər yox, İsgəndər qoymuşdur. O, əsərində Makedoniyalı Aleksandrı tamamilə türkləşdirmişdir. Ayrı cür də bacarmazdı. Çünkü əsəri üçün qırmızı xət kimi götürdüyü dastan türkündür.
O, yazır:
“Əlinə yay alsa nişançı türklər,
Atdığı hər oxla bir ordu yenər.”
“Zorba türk borusu etdikcə şiddət,
Türklərin qoluna gəlirdi qüvvət”.
(Şərəfnamə Bakı 1941.s.321)
Ardı var
