QURANDAKI ZÜLQƏRNEYN, OĞUZ XANDIR

İSA MEHDİOĞLU

(Əvvəli ötən yayınlarımızda)

Mənim düşüncəmə görə xalqın dastanı olan ulu türk qəhramanı Oğuzun-Zülqədərin (Zülqərneynin) adını dəyişib İsgəndər qoyması, N. Gəncəvinin bağışlanmaz suçudur.  O əbədi yaşar olan Oğuzu-Zülqədəri (Zülqərneyni) yox, yalançı, saxta İsgəndəri şərq ədəbiyatında əbədi ölməz qəhraman elədi. Farsların və Hindlilərin  qədim ədəbiyatlarının qaynaqlarında amansız, qaniçən yaramaz fateh və mənliksiz adam kimi tanınan İsgəndəri, birdən-birə dünyaya peyğəmbər kimi tanıtdı. Nizami ölümsüz, həmişəyaşar əsəri ilə, 5-6 min ildir ki, bütün doğuyaya yayılmış, ilk dövlət quran ədalətli və ağıllı xaqan, türklərin ikinci peyğəmbəri olan Oğuz xan obrazını ölməz poeması ilə Makedoniyalı İsgəndərə geyindirərək onu peyğəmbər elədi.

Nizami deyir:                         

“Döyərəm qapını peyğəmbərliyə,  

Tanrı da bəyənmiş peyğəmbər- deyə”. deyir.

Əlbətdə bu yanlışlıq tək Nizamidən yox, ondan öncə olan bilginlərdən, Firdovsidən, İbn Sinadan və başqalarından gəlir. Onlar heç bir incələmə, araşdırma aparmadan Qurandakı Zülqərneyn, Bütpərəst, Mənəviyatsız İsgəndərdir deyə bütün İslam dünyasını inandırdılar. Bununla da Zülqərneynin-Oğuzun adı peyğəmbərlər sırasından çıxarıldı. Şərqin qələm adamları, dastanda eşitdiklərinin hamısını, Oğuzun bütün sifətlərini İsgəndərə verdilər.    

   Nizaminin  əsərində Oğuz xalq dastanı bütünlüklə verilibdir. İsgəndər (Aleksandr) heç olmadığı Günbatana və Qaranlıq dünyaya gedir. Yanar dənizdən, Qaf dağından keçir. Qaf dağında keçilməz sədd hördürür. Bunların hamısı Oğuz-Zülqədər dastanından götürülmüş olaylardır. Nizami bunları İsgndərin adına yazmaqla Türkün tarixi qəhramanı olan Zülqərneyni-Oğuzu, eyni zamanda Qurandakı Zülqərneyni türk xalqına unutdurdu. Elə o baxımdan da bu günün özündə  də Zülqərnen yiyəsizdir.Nizaminin “İsgəndərnamə”sinə ön söz yazan Qəzənfər Əliyev yazır: “İsgəndərnamə”də təsvir olunan bəzi hadisələrin əksini biz Talmut rəvayətlərində və qədim Yəhudu (İbrani) dilində olan ayrı-ayrı kitablarda görə bilirik. (N. Gəncəvi “İsgəndərnamə” Bakı 1982 s.8) Q. Əliyev dastanın qaynağının harada oldiğunu çox düzgün başa düşübdür. Çünkü peyğəmbəri sorğuya tutanlar da, elə talmutçu kahinlər olmuşlar. Q. Əliyevin yazısından aydın olur ki, onun Talmutdan xəbəri var. Ancaq o da özündən öncəki yazarlar kimi onu aydınlaşdırmır ki, Talmut Makedoniyalı Aleksandırdan (İsgəndərdən) çox illər öncə yazılmışdır.

Ona görə də Makedoniyalı isgəndərin  olayları Talmuta düşə bilməzdi. Demək, həm Talmutda, həm də Quranda adı çəkilən iki buynuzlu adam Makedoniylı İsgəndər ola bilməz. Bu kimsə ayrı bir adamdır. Talmutda olan və Quranda olan  olaylar, açıq-aşkar Oğuz xan dastanının eynidir demək,  Qurandakı Zülqərneynə dartışmasız və çəkişməsiz Oğuz xandır, deyə bilərik.  

İlginc (maraq) doğuran belə bir sorğu ortalığa çıxır. Peyğəmbər (s.v.s.) Zylqərneynə vəhyin gəlməsini  bir neçə kərə Quran ayələrində yada salır. Bəs belə olan halda, bir peyğəmbər kimi Zülqərneynin adı peyğəmbərlər sırasında niyə yoxdur?

Aydındır ki, peyğəmbərlərin siyahası peyğəmbər s.v.s.-dən xeyli sonra Quranın təfsiri zamanı yaranmışdır. Bu zaman da təfsirçilər yanlışlığa yol verərək Makedoniyalı İsgəndərin Zülqərneyn olduğuna inanırdılar. Makedoniyalı İsgəndər də bytpərəst və düşgün olduğu üçün İslamın şəriət qanununa görə peyğəmbər ola bilməzdi. Odur ki, Zülqərneynin adı peyğəmbərlər sırasına salınmadı. Ama ayələrdə iki kirə Allahdan vəhy alır demək peyğımbər kimi göstərilir. 

S.Bəlaği, bir çox tarixi araşdırmalara söykənərək kəsinləyir ki, Quranda adı çəkilən Zülqərneyn y.e. öncə yaşamış Fars hökmüdarı Kureşdir. Kureşin Batıya, doğuya, Quzova yürüşündən çox inandırıcı bilgilər verir.(S.Bəlaği “Quran qissələri” Bakı 1992 .s.284). Oxucu Zülqərneynin Kureş olduğuna tamam inanır. Ama burada bir kuşqu (şübhə) yeri var. Oğuz dastanında Zülqədərin doğuya və qaranlığa yürüşü zamanı rast gələn qanmaz, dinsiz, dilsiz xalqlara dil öyrədir. Həmin yerlərdəki xalq bu gün bizə aydındır, tanışdır. Yanında qalan alpların o xalqa öyrətdiyi dillərin heç biri farsca deyil. Zülqədərin (Oğuzun) getdiyi yerlərdəki xalqın hamısı indi türk dilli xalqdır. Əyər o yolları Kureş getsə idi, bu gün o xalq Fars dilində danışmalı idilər.  Bu baxımdan Kureşin Zülqərneyn olması kuşqu (şübhə) doğurur. Eyni zamanda dastanda adı çəkilən şəhərlər Türk şəhərləridir.

S. Bəlağinin Kureş hesab elədiyi iki buynuzlu daş hekəli araşdıraq. Heykəlin tapıldığı yeri yada salaq. Bəlaği yazır: ”Heykəl XIX-yüzillikdə İstərxin yaxınlığındakı Mürğab çayında tapılmışdır. Firdovsinin və başqa tarixçilərin yazdığına görə yeni eraya qədərki Farslar indiki iranın şərqində olmişlar. İstəxr bölgəsində və Murğab çayı ətrafında eradan öncə farslar yaşamamışlar. Bu gün həmin yörədə (nahiyyədə) türklərlə yanaşı farsların da yaşamasına baxmayaraq. O yerlərin toponimlərinin adlarının 90 % türkcədir. Farsların yaşamadığı bir yörədə Fars şahının heykəli niyə olmalıydı? Kuşkusuz demək olar ki, iki buynuzlu heykəl də Oğuz xanın heykəlidir. Demək Qurandakı Zülqərneyn Kureş yox  Oğuz xandır. Çox yazıqlar olsun ki, Akademiklərimizin,  bilim adamlarımızın, tarixçilərmizin 1400 ildir susmaqları azmış kimi, indi də Zülqərneyni-Oğuzu göy planetlərinə göndərirlər.         

Əsərləri əldə olan “Oğuznamə “ yazarlarının hamısı, özlərindən öncə olan, hər hansı bir oğuznaməyə dayanaraq yazdıqlarını bildirirlər.  Oğuznamələrin yazılmasından qabaq bütün türk dünyasını dolaşan “Oğuz” dastanı var idi. Oğuznaməçilər isə dastanı Oğuznaməyə köçürmüşlər. Özləri də hər kəs öz istədiyi kimi qatmalar etmişlər.

Adnan Menders Kaya, Oğuzun tarixini ondan öncə olan oğuznaməyə danaraq yazdığını deyir və Oğuzun kimsəliyini incələməyə çalışır: ”Oğuz ok+z-dan törəmiş bir sözdür. Ok-oymak+ z- isə çoxluq şəkilçisidir. Oğuz sözü oymaklar anlamına gəlir. Sonralar ilkin anlamını itirib və türklərin əfsanəvi babası Oğuzun adına çevrilib” deyir. (Oğuz tarixi şəxsiyyətdirmi?. Vikipediya) Aydın görünür ki, Menders Kaya Oğuzun tarixi varlıq-kimsə olduğuna inanmır və onu əfsanəvi obraz kimi qəbul edir.

Dəniz Qaradağ yazır: “Oğuz elinin lap əsgidən, artıq əfsanələşmiş Oğuz xan zamanından bəri dəyişməz olaraq eyni bir yurtda yaşaması, eramızdan əvvəlki birinci minilliyin ortalarında, mükəmməl epos yaratması dünyanın ən ciddi alimləri tərəfindən bir mənalı olaraq qəbul edilmişdir”. (Dəniz Qaradağ “Oğuz xan tarixi şəxsiyyətdirmi?). Mendersin fikirinin tərsinə olaraq, Dəniz Qaradağ Oğuz xanın varlığını-tarixi kimsəliyini tanıyır. Ululuğunu, qədim kimsəliyini də tanıyır. Elə ona görə də  ermızdan əvvəl birinci minillikdə onun haqqında epos yarandığını deyir.Xivəli Əbülqazi xan bildirir ki, “Oğuz xan tarixi şəxsiyyət olub və məhəmməd peyğəmbərdən 4000 il əvvəl, yəni eramızdan əvvəl dövrün IV- minilliyində yaklaşıq olaraq (təxminən) 3400-3500-ci illərdə yaşayıbdır”- deyir.

Dastanda olan olayları, gedişatları gözönünə gətirib incələdikdə, Xivəli Əbülqazinin dedikləri ilə   razılaşmaq olar. Ancaq  Oğuz Xanın dünyanı dolanarkən getdiyi yolda yabançıları, dilbilməzləri görməsini və onlara dil öyrətməsini, çılpaqlara geyim geydirməsini göz önünə gətirsək, Əbülqazinin dediyindən də çox-çox uzaq keçmişlərin  tarixi kimsəsi olduğuna inam yaranır.

“ İ.Y.Biçurin isə Oğuz xanın tarixi  kimsə olmasını bir mənalı şəkildə kəsinləyir (təstiqləyir) və onun eramızdan əvvəlki, IV-IIIminilliklərdə yaşadığını göstərir.”  (İ.Y.Biçurin İakinaf, “Sbornıe svedeniy o narodax, obitavşix v sredney Azii v drevnıe vremena.” M-L.1950 st.225). Biçurinin  düşüncəsi, Əbülqazinin düşüncəsilə üst-üstə düşür.

Tarixçi Qafarov Oğuzları Sakaların, Mannalıların varisləri (davamçıları İ.M.) hesab edir. (Tarix Şumerlərdən başlayır. 2010.s.18). Rüstəm Paşa əsərində “Qurandakı Zülqərneyn adlı müqəddəs adam Oğuz Xandır”. Çünkü çütbuynuzlu tacı ilə tanınmışdır” deyir. (Vikipediya. Oğuz Xan). Çox yazıqlar olsun ki, Rüstəm Paşa, Qafarov, Ağasıoğlu, Azərtürk kimi tarixçilərin səslərinə bilik ocağmız olan Akademiya səs vermir, susur.

Bir çox araşdırıcı tarixçilərin o cümlədən, Rüstəm Paşanın və başqa tarixçilərin sözlərində bir çox doğruluqlar var. Hamısının da düşüncələri üst-üstə düşür. Hamısı  Oğuz xanı e.ə.IV-III-minillikdə yaşamış Xaqan olduğunu deyirlər. Tarixçilərin  düşüncələri  Borçalı çeşidi olan Oğuz-Zülqədər dastanının varlığını bir daha kəsinləyir. Demək eradan öncə IV- minillikdə bəlkə də daha qabaqlardan dövlətinin sınırları bütün asyanı tutmuş Oğuz- Zülqədər  Qurandakı Zülqərneyndir. Buna heç kim kuşqu edə bilməz.

Tarixçi Fəzlullah Rəşidəddin “Oğuznamə” əsərində “Oğuz” xan dastanını guya ki, olduğu kimi vermişdir. F.Rəşidəddin “Oğuznamə”sində üç ayrı-ayrı kimsələr olan Oğuzları qarışdıraraq, yoğurub bir dastan yaratmışdır. O, Oğuz xandan, onun bütün asyanı tutmuş imperiyasından danışır. Oğuz xanı bəzən əfsanələşdirir. Bəzən də tarixiləşdirir VII əsrin xanı edir. Onun bütün Asiyanı, Avropanın, Afrikanın bir hissəsinin xaqanı kimi verir. Rəşidəddin XI-əsrdə şamaxının xarabazara dönməsini Oğuzun adına yazır. Ərəblər arasında yaranmış, Kiçik asiya və Suriya torpaqlarında olan real olayları Oğuzun adına yazır. Bir sözlə o  bəzən qocaman olaylari minillər qabağa çəkir, bəzən də min illərlə geriyə aparır.  

Rəşidəddinin yazdığı kimi, əgər VII-IX- əsrlərdə elə bir güclü Xaqan imperiyası olsa idi. Döyüşgən türk dünyası bir ovuc ərəblərə yenilməzdi və Oğuz sözsüz ki, ərəb tarixçiləri tərəfindən işıqlandırılardı. Tarixi bilgilərə görə 711-ci ildə Səmərkənt xaqanı Oğuz xan olmuşdur. Onu ərəb tarixçiləri zəyif ama ağıllı bir sərkərdə kimi verirlər. Oğuz xanın çox ağır şərtlərlə müsəlmanlığı qəbul etməsindən yazırlar. (Zəkəryyə Kitabçı. ”Orta asiyada İslamiyyətin yayılması” Bakı. 1998. s.201-202). Bir çox tarixçilər tarixi barat (sənəd) kimi Rəşidəddinin kitabına istinad edirlər. Məncə  Pəşidəddinin “Oğuznamə”si gözəl yazılmış bir bədii əsərdir. Tarixilik cəhətdən bu kitaba istinad etmək yanlışlıqdır.

Yuxarıda deyilənlərdən belə aydın olur ki, bir çox tarixçilərin dedikləri kimi, tarixdə Oğuz xan adlı böyük xaqan olmuşdur.  Buna ayama-takma (təxəllüs) ad kimi, Yəhudilər, Ərəblər, Farslar Zülqərneyn, Türklər Zülqədər demişlər. Onun İmperiyasını tarixçilər ən azı e. ə. IV- minilliyə ilgin edirlər. Mənim gəldiyim inama görə, əgər Oğuz xan Mu boyunun uyğarlığından yararlanma  alıbdırsa, onu ən azı e.ö. 7-6 minilliklərə ilişgi etmək olar. Çünkü o dövlətini yabançılıq (vəhşilik) dönəmlərində qurmuşdur. Buna qoşulluq (şərti) olaraq, ilk Oğuza I-Oğuz xan deyə bilərik.  Əfsanələşmiş dastan da bu I- Oğuzla ilgilidir. Qurandakı Zülqərneyn də bu I- Oğuzdur. II-Oğuz xan tarixcilərin araşdırmalarına görə e.ö. II-əsrdə  doğu Türküstanda doğulan və böyük imperiya quran Mete xanın olduğu deyilir.

(N.S.Banarlı “Türk ədəbiyatı tarixi. İstanbul 1971 s. 21). Ama Mete xanın  ömür çalışqanlığını araşdırdıqda Oğuz xan dastanının çərçivəsinə uyğun gəlmir. Çünkü  Mete xanın özü tarixi kimsə kimi onun olayları öz adı ilə verilərdi. Həmdə Mete xanın imperiyası Çinlə Balxaş gölü arasında olubdur. Balxaşdan batıya keçməyibdir. Əgər biz zənn irəli sürürüksə o zamab  dastanın yorumna Alp Ər Tunqanın ömür çalışqanlığına daha uyğun gəlir. Çünkü onun e. ö. VI-V-ci əsrdə yaşaması zınn (ehtimal) edilir. Onun imperiyası çox böyük olmuşdur. Onunla olan olayları Oğuznaməçilər qarışdıra bilərlər. Elə də Rəşidəddin öz oğuznaməsində Alp ər Tunqanın uğurlarını Oğuz xanın adı ilə vermişdir. Çünkü dastançılarda belə bir gələnək də var ki, Bir iyidin olaynı dastana salanda xalq arasında tanınmış iyidin adına bağlayırlar. Alp Ər Tunqa ilə bağlıdırsa, o zaman onun adını dastançılar dəyişmiş olarlar. Ya da e.ö. unudulmuş bir Oğuz xan olmuşdur. III- Oğuz xan isə aydındır. O, eramızın VI-əsrin sonunda yazılı tarixlərə düşmüş, Məhəmməd peyğəmbərin zamanında yaşadığı göstərilən. Mərkəzi Asyada Səmərkənt dövlətini quran Oğuz xandır. Oğuz xan Ərəb xəlifəsinə elçilər göndərmiş, əlindən alınan Səmərkənt xaqanlığını geri almışdır. (Zekariya Kitapçı.”Orta asyada islamiyətin yayılışı və türklər Konya 1998 s 201-210).

Oğuznamələrin yaradıcıları dillərdə dastan olan  ulu Oğuz xanla, sonrakı Mete xanın-Alp Ər Tunqanın  və Oğuz xanın həyat və yaradıcılıqlarını, çalışqanlıqlarını (fəaliyətlərini) qarışdıraraq çarpazlaşmış halda bir neçə çeşitli “Oğuznamə”lər yaratmışlar. Son halda Yarı  gerçək, yarı əfsanəli “Oğuznamə” əsərləri yaradılmışdır. Bu da bu günə qədər çaş-baş konuların yaranmasına və yaşamasına ilgi olmuşdur. Rəşidəddinin “Oğuznaməsi»ndə o qədər gerçəklərlə əfsanələrin qarışıqlığı var ki, onları heç cür bir yatağa sığışdırmaq olmur. 

F. Rəşidəddin Oğuzun anadan olmasını iki başlı verir. Bir yandan Oğuzu Nuh peyğəmdərin nəticəsi edərək, onu əfsanələr dünyasına aparır. Onun  soyçəkimini Nuhun oğlu Yafəs (Olcay), Olcay xanın oğlu Dib Tabqu xan, onun oğlu Qara xanın oğlu Oğuz olduğunu deyir.(F.Rəşidəddin. “Oğuznamə”Bakı 1992 s.10). Bu tür I-Oğuz xanla ilişgilidir. Bu olaylar xalq dastanlnda da var. II-Oğuz xan Alp Ər Tunqanın prototipidir. O doğudan, batıya  Misirədək  gəlmiş böyük imperiya yaratmışdır. III-cü Oğuz isə Məhəmməd peyğəmbərin zamanında doğulan  Ərəb imperiyasına elçi göndərən Səmərkənt xaqanı Oğuz xanın olduğunu görürük. Bu boyda dönəm kəsiyini yalnız əfsanələrə yerləşdirmək olar.

Rəşidəddin Oğuzu  elə verir ki, guya o doğulanda müsəlman doğulur. O yazır: “Üç gün və üç gecə bu uşaq anasının südünü əmmədi. Bir gecə yuxusunda oğlu ona dedi: “Əgər sən istəyirsən ki, mən sənin döşündən süd əmim, onda bir olan yaradana inam gətir, onu tanı və onun haqqını üzərində bil.” (Oğuznamə” s.12) deyir. “Oğuz və onun arvadı ata-baba imanından dönərək yeni dinin tərəfini saxlayırlar”.(s. 12) deyir. Yazar aydın deyir ki, Oğuz islamlığın höküm sürdüyü bir zamanda doğulmuşdur. Ama belə bir obrazlı yer Oğuz- Zülqədər dastanında da var. Orada söhbət islamdan yox, tanrıçılıq dinindən gedir. Əby-l-Qazidə isə Oğuzun babasının adı  Moğul, (Moqol, Moqul) olduğu deyilir. (Oğuznamə. s. 63).    

F. Rəşidəddin yazır: “Onun padşahlığı dövründə peyğəmbərimiz həzrət Məhəmməd Mustafa əleyissalam zühür etmişdir. Hökmdar Oğuz xan da Bayat Dədə Kerençiki elçi sifətilə onun hüzuruna göndərmiş və müsəlman olmuşdur. Bu Qorqud bayat nəslindən olub Qara Xocanın oğlu idi.” ( F.Rəşidəddin “Oğuznamə” Bakı 1992. s.43). Oğuzu müsəlmanlığı Türküstana yayan bir xan kimi verir. O ata-anasına və qohumlarına deyir: “Əgər siz Allahı və onun birliyini qəbul etsəniz, onda sizə aman veriləcək, mən sizin Türküstanda yaşamağınıza razılıq verəcəyəm”. (s.12)  Bir rəvayət kimi gerçəkdən belə bir söhbət Səmərkənt xaqanı III- Oğuz xandan gedir. O xəlifə Ömərin yanına elçi göndərir. Çox ağır şərtlərlə islamlığı qəbul edən Səmərqənt xaqanı Oğuz xan, onun və xalqının Səmərqəntdən çıxarılıb 7 fərsəng səhrada yerləşdirilməsi haqqında və şəhərin əsl sahiblərinə qaytarılması haqında məktub yazıb, elçilərlə xəlifə Ömərə göndərir.(Pr.Dr. Z. Kitabçı.” İslamiyətin yayılışı” Bakı 1998. s.266)  Səmərkənt xaqanı Oğuz xanın İslam xəlifəsinə elçi göndərməsinin Oğuznamədə yer alması, (Məktubun konusu türklər başlığında verilmişdir)  bir daha hər üç Oğuzun bir obrazda birləşməsindən xəbər verir. Ancaq bütün əsər boyu hadisələri danışarkən heç bir yerdə tarix göstərmir. Əsərin çox yerində tarixi kimsələrin adlarının çəkilməməsi oxucunu çaş-baş salır. Bilinmir əsər hansı dönəmdan danışır. E ö. IV- minillikdəki  Zülqədər gastanındakı olaylar, olduğu kimi VI-VII- əsr kimsələrinin dili ilə danışılır. Rəşidəddin 766-cı ildə Göy türklərə qarşı olan çıxışları, ilk Karluq hökmüdarı İnal-sır Yabqunun  olaylarını Oğuzla əlaqələndirir. (Oğuznamə. s.68). Firdovsinin “Şahnamə”də olan bir takım obrazları oğuznaməyə gətirir.( Oğuznamə. s. 70)  və s.   Onun üçün də inandırıcı görükmür. Əsərdə hadisələr elə verilir ki, guya türklər yeni yaranır. Halbuki VII-ci əsrdə türklər dünyanı tutmuşdular. 

Dastanının qəhramanı I Oğuz xanı- Zülqədəri, bir çox tarixçilər Tarixi şəxsiyyət kimi qəbul etdirlər. Onun 6000 il öncə batıdan,  Ön Asiyadan doğuya Çinə qədər getmiş və böyük bir imperiya yaratdığını deyirlər. F. Rəşidəddinin Oğuz xanı isə doğudan batıya Ön Asiyaya qədər gəlib böyük imperiya yaradır. Rəşidəddinin  Oğuz xanı ərgən (gənc) vaxtı qaranlıq dünyaya gedir. Qıl-Barakla döyüşür. Dastanın  Oğuz xanı qoca vaxtı dirilik suyunu içmək üçün qaranlıq dünyaya gedir. Dastanın yolçuliğu daha inandırıcı səslənir. F.Rəşidəddinin Oğuzu haraya gedir, qurulu dövlətə, nizami orduya rast gəlir. Dastanın Oğuzu haraya gedir, yabançılara, qanmaz, dilbilməzlərə rast gəlir. Onları əhliləşdirir. Dil öyrədir paltar geydidirir, dövlət qurur, adi adamlar kimi qocalır ölür. Rəşidəddinin Oğuzu min il ömür sürdükdən sonra dünyasını dəyişir (Oğuznamə s. 38).

Ardı var

Bu xəbəri paylaşın: