Ərdoğan və həyat yoldaşı koronavirusa yoluxdular

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirus testinin cavabının müsbət çıxdığını açıqlayıb.

“Bu gün yüngül simptomlara görə həyat yoldaşımla verdiyimiz COVID-19 testimizin nəticəsi müsbət çıxıb”, — deyə o bildirib.

Dövlət başçısı koronavirusun “Omikron” ştammına yoluxduqlarını qeyd edərək, xəstəliyi yüngül keçirdiklərini vurğulayıb.

“Vəzifəmizin başındayıq, işimizə evdən davam edəcəyik. Dualarınızı gözləyirik”, — deyə Türkiyə prezidenti müraciətində bildirib.

Bu xəbəri paylaşın: