Azərbaycanda bu gün koronavirus infeksiyasına 7 704 yeni yoluxma faktı qeydə alınıb, 4 109 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Son sutkada 23 nəfər COVID-19-dan dünyasını dəyişib.
İndiyədək ölkədə ümumilikdə 691 180 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 641 538 nəfər müalicə olunaraq sağalıb, 8 846 nəfər vəfat edib. 40 796 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 20 531, bu günə qədər isə ümumilikdə 6 248 414 test icra olunub, 36 448 nəfər vaksinasiya olunub.
Birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 098, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 025 nəfər təşkil edib.