Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rəhbərliyi, AVMVİB-nin sədr müavini polkovnik Salman Musayev , müharibə və Silahlı qüvvələr veteranı ehtiyyatda olan mayor Hüseynov Zaur Müzəffər oğlunu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan can sağlığı, ailə səadəti və həyat yollarında bitib tükənməyən nailiyyətlər arzulayır.
Peşəkarlığı və humanistliyi ilə, nəzəri biliyi ilə, işgüzarlığı və mənəvi keyfiyyəti, təmkinliliyi, sadəliyi və səmimiyyəti ilə seçilən, ömrünün ən məhsuldar dövrünün 25 illik şərəfli xidmətini Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında keşirən, Silahlı Qüvvələr və Müharibə veteranı ehtiyyatda olan mayor Hüseynov Zaur Müzəffər oğlunun 6 fevralda 52 yaşı tamam olur.
Mayor Hüseynov Zaur Müzəffər oğlu 1970-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub.
Silahlı Qüvvələr və müharibə veteranı ehtiyatda olan mayor Hüseynov Zaur Müzəffər oğlu 1987-ci ildə Samux rayonu Alıuşağı kənd orta məktəbini bitirib, 1988-ci ildə Azərbaycan Texniki Universitetinə qəbul olmuş, 1992- ci ildə həmin universiteti bitrib. 1992- 1993-cü illərdə könüllü olaraq DİN tərkibində yaradılmış əlahiddə polis bölüyündə zabit kimi xidmət etmiş, həmin bölüyün tərkibində 1993- cü ilin mart ayında Kəlbəcər rayonunda əhalinin təhlükəsizliyinin təmin olunmasında, 1993-cü ilin iyun-iyul aylarında Ağdam rayonunun Qiyaslı kəndində döyüşlərdə iştirak etmişdir. 1994-cü ilin yanvar ayından Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissəsinin tərkibində bölük komandirinin müavini vəzifəsində Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinin müdafiəsində iştirak etmişdir. 1996-1998 — ci illərdə Naxçıvan şəhərində yerləşən hərbi hissədə, 1998-2004-cü illərdə Lənkəran şəhərində yerləşən hərbi hissədə bölük komandiri vəzifəsində, 2004-2019-cu illərdə Quba və Gəncə şəhərlərində yerləşən hərbi hissələrdə xidmət rəisi vəzifəsində vətənə, dövlətə və xalqa sədaqətlə xidmət etmişdir.
Müstəqil Azərbaycanın Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında xidmət etdiyi illər ərzində Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməklə, hərbi andın, hərbi nizamnamələrinin və digər hüquqi – normativ aktların tələblərinə, eləcə də vəzifə borclarının icrasına məsuliyyətlə yanaşmış, qarşıya qoyulmuş xidməti tapşırıqların müvəffəqiyyətlə yerinə yetirilməsi üçün öz əməyini əsirgəməmiş, şəxsi nümunəsi ilə bir çox hərbi qulluqçuları fədakar hərbi xidmətə ruhlandırmışdır.

Azərbaycan Respublikasında İctimai qaydanın və ictimai təhlükəsizliyin qorunmasında, şəhərdə və yaşayış məntəqələrində, cəzaçəkmə müəssisələrində baş vermiş iğtişaşların qarşısının alınmasında, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə, Qusar rayonu ərazisində qanunsuz silahlı dəstələrin axtarışında və zərərsizləşdirilməsində, fövqəladə hallar zamanı hüquqi rejimin təmin olunmasında, baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında, dövlətin ərazi bütövlüyünün təmin olunmasında üzərinə düşən vəzifə və tapşırıqları məsuliyyətlə yerinə yetirmişdir
Müdafiə Nazirliyinin Qaraheybət Zabit Təkmilləşdirmə kursunu, digər kursları müvəffəqiyyətlə bitirmiş müvafiq sertifikatlarla təmin olunmuşdur.
Nümunəvi xidmətlərinə, yüksək döyüş hazırlığına, verilən tapşırıqların yerinə yetirilməsində fərqləndiyinə görə, Daxili İşlər Nazirinin, Daxili Qoşunlar Komandanını və hərbissə komandirlərinin əmrləri ilə dəfələrlə mükafatlandırılmışdır. Azərbaycan Respublikası Prezidenti adından Daxili İşlər Nazirinin müvafiq əmrləri ilə “Qüsursuz xidmətlərə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli, “Silahlı Qüvvələrin yaranmasının” 10 illiyi, 90 illiyi və 95 illiyi yubiley medalları, Daxili İşlər Nazirinin Müavini –Daxili Qoşunlar komandanının əmrləri ilə , Daxili Qoşunların “15 illik və 20 illiyi” yubiley döş nişanları ilə təltif edilmişdir.
DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, ZAUR BƏY!
ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!
BÜTÜN ARZULARIN ÇİN OLSUN!
HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!
DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!
Dərin hörmətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədr müavini Salman Musayev








