Sabirabad rayon veteranları Gənclər günüylə bağlı bir sıra tədbirlərdə iştirak ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsinin sədri Faiq Hüseynov məlumat verib.
Faiq Hüseynov bildirdi ki, tədbir iştirakçılarından olan «Dəcəl Balam» Ailə və Uşaq Mərkəzinin, «Media-24 Grop»-un rəhbəri Dilşad Əhmədova döyüşçülərlə bu tədbir çərçivəsində görüşdən məmnun qaldığını və hər zaman onlara mənəvi dəstək olmağa hazır olduğunu qeyd etdi.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sabirabad rayon şöbəsi rayon miqyasında təşkil olunan bütün tədbirlərdə Birliyi layiqincə təmsil etməyə çalışır.
Həmçinin rayon şöbəsi daha bir gənc döyüşçü İlkin Fuad oğlu Gözəlova AVMVİB-nin üzvlük vəsiqəsini təqdim edib.
Elçin Qədirov
Qarabağ bölgəsi üzrə müxbir, Sabirabad







