AVMVİB Lənkəran rayon şöbəsi tədbir keçirdi

Milli Qəhrəmanımız Şəhid Mübariz İbramovun Mövludu münasibəti İlə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov, Milli Qəhramanımız Əsgər Əliyevin atası, Ağsaqqalımız Hacı Ələkbər, Özək sədrləri, Müharibə Veteranları və Qazilərinin iştirakı İlə tədbir keçirilib.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin (AVMVİB) Lənkəran rayon şöbəsinin sədr müavini Saleh Dostuyev məlumat verib.

Bildirib ki, tədbirdə Milli Qəhrəmanımızın həyatından, keçdiyi döyüş yollarından danışıldı. Ruhuna dualar oxundu. Atasına, anasına Allahdan səbr dilədik.

Allah şəhidlərimizin ruhunu şad etsin.

Şəhidlər Ölməz, Əbədi Yaşarlar!

Bu xəbəri paylaşın: