Birinci Qarabağ müharibəsinin məşhur komandirlərindən olan, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Qarabağın ağsaqqal döyüşçü və ziyalısı, yazar və müəllim Vaqif Əlisoy (Əliyev) də koronavirusa yoluxub.
Vaqif Əlisoy ölkənin ictimai həyatında mövqeyi və gənc nəslin vətənpərvər ruhda yetişdirilməsində bir pedaqoq kimi xidmətləri olan müharibə veteranlarımızdandı. Oxuculara «Kaş gözlərim kor olaydı» adlı avtobioqrafiq və sənədli əsəriylə tanışdı.
Vaqif bəylə əlaqə saxladıq və zəif səslə cavab versə də, hazırda nisbətən yaxşı olduğunu bildirdi. Onun səhhətiylə maraqlanan hər kəsə öz minnətdarlığını çatdırmağımızı istədi. Bildirdi ki, «mən həyatın hər üzünü görmüş bir adamam», «ölümə xoş gəldin deyə bilən bir adamam». Mənə dualarınız yetərlidir.
Azğın düşmənə və imperiyaya qarşı mübarizədə yenilməyən komandirin bu virusa da qalib gələcəyinə inanırıq. AVMVİB Rəhbərliyi və 85 minlik veteranlar ordusunun duaları sizinlədir, Vaqif bəy!
Allah şəfa versin!
Fedai.az



