«ABŞ yanvarın sonuna qədər ölkəni tərk etmək əmri verilmiş rusiyalı diplomatları həbs etməklə hədələyib».
Qafqaz.media «RIA Novosti»yə istinadla xəbə verir ki, bunu Rusiyanın ABŞ-dakı səfiri Anatoli Antonov bildirib.
«Rusiya diplomatlarına qarşı təqiblər davam edir. 27 rus diplomatının ABŞ-dan qovulduğu dövr yenicə başa çatıb. Dedilər — sizə tövsiyə olunur, ABŞ-ı tərk etmək əmri verilir. Və getməsək diplomatlarımızın aqibəti necə olacaq sualımızın cavabında deyildi: səhəri gün sizi şəhərdə həbs edib müvafiq quruma göndərəcəyik. Bu, diplomatlarımızın qovulması deyilmi?” — Antonov deyib.
Bu xəbəri paylaşın:
