Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) Mingəçevir şəhər şöbəsində yeni üzvlərə üzvlük vəsiqələrinin təqdimatı və fəal müharibə veteranlarının təltif edilməsi mərasimi keçirilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi (AVMVİB) sədrinin müavini, AVMVİB Mingəçevir şəhər şöbəsinin sədri Natiq Həsənov məlumat verib.

Natiq Həsənov bildirdi ki, şəhər şöbəsi daim öz üzvlərinin yanındadır və hər bir üzvümüzün fəaliyyəti diqqətimizdədir. Çalışırıq ki, öz üzvlərimizlə əlaqələrimiz daha da sıx olsun. Ona görə də fərqlənən üzvlərimizi daim təltif edirik. Gənc döyüşçülərin də Birliyimizə üzv olmaq arzularını həyata keçiririk. Onların problemlərinin həllində öz imkanlarımız daxilində yardımçı olmağa çalışırıq.
Elnur Səlim


