İSA MEHDİOĞLU
(Əvvəli ötən yayınlarımızda)
Son zamanlar Uyğurustanda aparılan qazıntı işləri sürəsində eramızdan 4 min il öncəyə ilişki edilən gömütdə yatan mumiyalanmış qadının antrapoloqiyasına və sümük qurluşlarına əsaslanaraq Qafqaz kökənli olmasını elm aləmi önəmliklə kəsinləmişdir. Demək həmin gömütlərdə yatanlar ya Oğuzun hunlarıdır ya da onların törəmələridir. Onlar vaxtı ilə Asiyanın güneyi ilə Çinə qədər yolçuluq etmişlər.
Doğu türküstsnı yaratmışlar. Yenidən quzey Asya ilə batıya Dunay çayına qədər gəlmişlər. Gəldikcə də qarşılarına Oğuzun qoyduğu Hunlardan türk dilli xalq çıxmışdır. Beləcə türklər bütün Asyaya və doğu-güney avropaya yayılmışlar.Araşdırıcı Bahaəddin Ögəl Türk tarixinin 5 min il yaşı olduğunu önə çəkərək, “Altay dağlarındakı Bazırlıq yaylağında aparılıan arxeoloji qazıntılarda tapılan m.ö. 3-cü minilliyə ilişgi (aid) edilən Oğuz tipindəki skeletin Türk millətinin ilk atası olduğuna dirəngəllik (iddia) etmişdir.”(F.Mustafa “Azərbaycanda dini məişəy haqqında”.İnter) Ama o yanılmışdır, türk ulusnun (millətinin) ilk atasının azı 8 min il yaşı var. Çünkü Oğuz xan da ilk ata deyil. Ağasoğlu 8 min il öncələrdə Araz üzərində, Urmiyada türkcə danışan türk ataların olduğunu deyir. Zaqros dağlarında 8500 il öncə türkcə şeir yazan Bida Hun qızı kimi türkün anası var.
Yüz illərdir, araşdırıcı tarixçilər, arxeoloqlar türklətin ulu babalarını Monqol, Çin sınırlarında axtarırlar. Orada türkünən ilkin tarixi e.ö 5-4 minilliyə gedir. Ama Dəclə-Araz çayları arasında olan 8 min illik ilkin uyğarlığa( mədəniyətə), mixi yazılı anıtlara. Aydın olmayan hansı səbəbdənsə göz yumurlar. T. Azərtürk kitabında verdiyi 400-ə qədər Sümer sözlərinin 80 %-i bu gün Borçalının kəpənəkçi kəndində hələ də işlək haldadlr. Bütün türk dilləri arasında Sümer dilinə ən yaxın olan, ona çox uyğun gələn Azər türkcəsidir.
Bəxtiyar Tuncay yazır: “Övliya Çələbi Oğuzların ilkin ata yurdu kimi qələmə verdiyi məkanın Mahan adına eynilə qədim Şumer mənbələrində də rastlanılır. Burada rast gəldiyimiz Mahan toponimi haqqında Övliya Çələbi yazır: “Qədim zamanlarda bu şəhər Mahan ölkəsinin şahına mənsub idi. Şah yüz min yumurta tələb edir. Oğuzlar bu qədər yumurtanı tapırlar. Həm Şumer dastanında, həm də Ö. Çələbidə söhbət eyni ölkədən gedir ” deyir. Çələbidə həm Oğuzların adları , həm də ölkənin adı çəkilir. Hələ arxoloji qazıntılar anıtlarının olmadığı bir dönəmdə, XVI-əsrdə Çələbi Oğuzların Şumerlərə qonşu olduğunu, hətda onlara tabe olduğunu deyir. (Azərbaycan mifoloji mətinləri) Yazıdan aydın görünür ki, ilk Oğuz Şumer ölkəsilə qonşu olmuş və Şumerlərlə bağımlı ilgiləri də olmuşdur.
Son dönəmlərdə bir çox araşdırıcı tarixçilər bu yüksək uyğarlığı Şumerlər yad planetlərin adamlarından aldıqlarını sübut etməyə çalışırlar. Şumerlərin əcdadları 445 min il öncələrdə göyün Niburi planetindən “Anunakilər” yerə enmişlər. Yerdən qızıl yığıb aparmışlar. Afrikada qızıl şaxtalarının yeri bu gün durmaqdadır. Adamları da yerdə kodlaşdırıb getmişlər. (Mahal Bomonti “Yad planetin övladları” vikipediya) deyir.
Mahal Bomontinin zənninə görə Şumerlərin ulu köklərinin 445 min il öncədən gəlmiş planet adamı Ananakilər olduğu üçün, dünyanın başqa yabançılarından çox-çox tez alışqanlaşaraq. (əhliləşərək) yüksək uyğurluq yaratmışlar. Mahalın bu zənni o qədərdə ağıla batan deyil. Çünkü adamların mağaralarda doğa aləminə çıxmaları 200-300 min il ancaq olar deyilir.
Həmin adamların törəmələri bu gün kosmosa gedirlər. Şumerlərin ulu babaları 445 min il yaşamış. Ancaq onların ən yüksək mədəniyətləri daş binalar ucaltmaq və gil kitablar yaratmaq olmuşdur.
Samuel Kramer “Tarix Şumerlərdən başlayır” əsərində yazır: “Mezopotomiya imperatorluğu Xəzər dənizindən, Kafkasiyadan gəldiyi təxmin edilən, ilkəl və köçəbə Şumerlər ilə qarşılaşır və Şumer imperatopluğunu yaradırlar”. Kramerin dediklərinə görə Şumerlər Kafkasiyadan Xəzər dənizi ətrafından Önasyaya köç etmişlər. Orada yerlilərlə qaynayıb qarışmış, son halda böyük Mezopotomiya imperatorluğunu qurmuşlar.
İ. Nyuton türklərin ilk gəlişmə yurtlarına ima (eyham) edərək yazır: “Türklər Fərat çayı boyunca gəzişən zamanlarda, dünyaya uyğarlıq gətirmələrinin fərqinə varmırdılar”. (Aytunc Altındal vikipediya). Yazarların zənnlərində həqiqətə uyğunluq var ona görə ki, arxeoloji axtarışlarda Sumer mədəniyəti ilə, Kür-Araz mədəniyətində bir çox yaxınlığın, oxşarlıqların olmasını arxeoloqlar kəsinləmişlər (təsdiqlənmişlər).
İngilis alimləri S.L.Loyd və Q Ceyld yazırlar: Dəclə çayı axarında Turanlılar çox qədim dönəmlərdən yurt salmışlar və yüksək uyğarlıqlar yaratmışlar. Yaklaşıq olaraq (təxminən) 10-12 min il bundan qabaq Dəclə və Fərad çaylarının qovşağında yerləşmiş türklər ətraflarında yaşayan saysız-hesabsız yabançı tayfaların arasında ulu bir uyğarlıq yaratdılar. Çox çəkmədi ki, qoca Asyanın münbit torpaqlarını cana gətirdilər. İndiki Kərkük yaxınlığında aşkar edilmiş e.ö.-8 min ilə ilişgi edilən yurt yerləri onların ulu yurt yerləridir. Dəclə çayının orta axarında aşkar edilmiş, e.ö. 6-minilliyə ilişgi Samarra uyğarlığı ikiçay arasının ilk özül yaşayış təməl yerləridir. (Şumerlər. Vikipediya). Loyd və Ceyldin söylədikləri araşdırmalar Mu qitəsindən gələn uyğarlığın (mədəniyyətin) doğruluğuna gümanı artırır.

Hələ 100-150 il öncələrdən Türkün kökünü Ön Asiyada 10-12 min ilə aparan bir çox alimlər olmuşlar. Belə olan halda bəs necə oldu ki, birdən- birə türklərin gəlişmə köklərini doğu Asiyaya apardılır. Gəlişmə kökü ən çoxu 5-6 min ilə gedən Uyğurustanda axtarmalı oldular. Bu ikibaşlı elmi axtarışların kanıtları (dəlilləri) mənə çatmır. Buradan açıq aydın görünür ki, türklər haqqında danışılan Avropa, Rusuya qısqanclığı doğrudur.
Türk torpaqları çox geniş və xalqı çox çeşitli olduğu üçün, onların dünya görüşləri də çox çeşitli olmuşdur. Bu belə də olmalıdır. Bu boyda qarışıq köklərə özgün (aid) olan türk xalqını bir inam və bir gələnək dolağına (çevrəsinə) salmağın özü inanılmazdır. Amma tarixin elə doğruluqları var ki, tarix bunu edə bilir. Belə ki, tanrıçılığın ən ulu inam simgəsi sayılan, günəşin ilk simgəsi olan çarxlı xaçı (çarxıfələk-svastika) tamamilə çeşitsiz, eyni görkəmdə arxeoloqlar həm Ön Asiyada, həm də doğu Türkistanda, həm Dunay qıraqlarında, həm də Avstaliyaya yaxın Mu adalarında aşkar edilməsi, bu geniş torpaqda yaşayan türklərin bir gələnəyə qulluq etmələrinin göstəricisidir. Demək, hansı dönəmdəysə doğu və batı türküstsnı bir inam altında, bəlkə də bir dövlət sınırında yaşamışlar. Bu da dastanlarda yaşayan Oğuz xan imperiyası ola bilər.
Mixi yazılarının şifrələrini oxuyan məşhur alim Yulius Oppert 1869-cu ildə yazır: “Mixi yazısının yaradıcıları ona qədər deyildiyi kimi,heçdə sami mənşəli xalq deyil, bu yazıların sahibi….Türk, Fin , Hunqar dilləri ilə çox yaxın əlaqələri var (T.Azərtürk “Mixi yazılı azıri türk dilinin qramatikası” Bakı 2004 s.41). 150 il öncədə Y. Oppertin salıklğına (Xəbərdarlığına) baxmayaraq hələ də türkün yaranış kökü açıqlanmayıbdır.

Hitler də Sümür tarixinə ilgisiz qalmır. O yazır:”Sümer dili ümumi əlamətlərinə görə türk dillərinə daha yaxın olan dildir. Semit və Fars dillərilə heç bir əlaqəsi yoxdur” deyir. (Vikipediya-Kayzen).
Sümerşunas Müazzəz İlmiyə bildirir ki, Sümer sözü bu gün Ortaasya dağ sıralarında və Sümerkənt şəhərinin adında işlənir. Sümer təpəlik mənasında işlənən sözdür. Sümer xalqının əsl adı “Kəngər” olmuşdur”deyir.(vikiped) Sümer xalqının adının Kəngər olması, bizim alimlərə geniş ipucu verir ki, Azərbaycanın ən ulu xalqı olan Kəngərlərlə Sümer Kəngərlərinin qohumluğunu axtarıb üzə çıxartsınlar. Niyəisə alimlərmiz bu qədər aydın olan olayları, Oğuz-Zülqədər dastanının Qafqaz türünü, Azərbaycanın hər yerinə yayılmış, Zülqədərlər və Kəngərlər soyları haqqında araşdırmalar aparmaq istəmirlər. Araşdıran da yer olaylarını göy planetində axtarır. Bu günkü baxımsızlıqdan yararlanmaq istəmirlər. İndi nədən qorxduqları aydın deyil.
T. Azərtürk “Şumer adlı xalq olmamışdır. Bu ad sonralar qondarma düzəldilmiş addır. Şumer adına heç bir keçmiş yazılarda, nə şumer mixi yazılarında nə Tövratda, nə iİncildə rast gəlinmir” deyir. Amma Türk adına bir çox Şumer yazılarında və Tövratda rast gəlinir. Tövratın 3 minillik tarixi olan xəritəsində Türk dövlətinin xəritəsi də göstərilir. Şumer adı sonralardan 1850 ildə iki çay arası türklərə verilən addır”deyir. (T.Azərtürk. Şumerlər. Vikipediya)
Ardı var



