Elçin Rzayevin qohumlarla şərikli «aldığı» İmişli rayonu

İmişlidə İcra Hakimiyyəti Başçısı Elçin Rzayevin özbaşınalığı sərhəd tanımır və bu adama «DUR!» deyən tapılmadı.

Özümüz yazıb özümüz oxuduq. Rayon məhkəməsinin hakimi Qurban Hacıyev də İcra Hakimiyyəti Başçısının «mirzəliyini» edir. Çünki makler başçı olanda rayon «alqı-satqı» yerinə çevrilər. Etdiyimiz müraciətə Prezident Administrasiyasının cavab verəcəyinə inanırıq.

İş o yerə çatıb ki, rayon əhalisi həbsdə olan Vilyam Hacıyevin həbsdən buraxılması barədə imza toplanışına başlayıb. Görün bu adama rayon əhalisi öz etirazını bildirmək üçün hansı üsula əl atır?

Hələ də ümid edirik ki, Prezident Administrasiyası İmişli rayon İcra Hakimiyyəti Başçısı Elçin Rzayevin və Ali Məhkəmə isə hakim Qurban Hacıyevin əlbirliklə müharibə veteranına 5 sutka həbs verməsini araşdıracaqlar.

Fedai.az

Bu xəbəri paylaşın: