Ermənistan parlamentinin hakim “Vətəndaş sazişi” fraksiyasının üzvü Ovik Ağazaryan Belarus prezidenti Aleksandr Lukaşenkoya Minsk hava limanının qayğısına qalmağı tövsiyə edib.
Bu gün parlament tribunasından danışan Ağazəryan, “Lukaşenko Ermənistanla bağlı şərh verməzdən əvvəl Minskdəki hava limanına baş çəksəydi, yaxşı olardı. Minsk hava limanı daha çox donuz tövləsinə oxşayır”, — deyə bildirib.
Bir gün əvvəl Vladimir Solovyovun proqramında Belarus prezidenti bildirmişdi ki, digər postsovet respublikaları, o cümlədən Ermənistan Belarus və Rusiya birlik dövlətinə qoşula bilər. O, “Ermənistanın getməyə yeri yoxdur, bunlar kiməsə lazımdır?” — deyə İrəvanın da heç kimə lazım olmadığından birlik dövlətinə qoşulacağını bildirmişdi.
Mənbə: Qafqaz.media
