TƏBRİK: Sabit Kazımov — 60

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi və Fədai.az kollektivi müharibə veteranı, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Xətai rayon şöbəsinin sədri Sabit Süleyman oğlu Kazımovu doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, ona həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı, ailə səadəti və həyat yollarında bitib — tükənməyən nailiyyətlər arzulayır.

Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edən Sabit Kazımov AVMVİB-nin ictimai həyatında fəal iştirak edən müharibə veteranlarımızdandır. Birlik daxili tədbirlərdə, müharibə veteranlarının problemlərinin həllində daim öndə olan şöbə sədrlərindəndir. Onun xidmətləri AVMVİB Rəhbərliyi tərəfindən Xatirə medalları və Fəxri fərmanlarla mükafatlandırılıb. 44 günlük Vətən müharibəsi günlərində də daim ordumuza dəstək olmağa çalışıb.

Yubiley münasibətiylə Sabit Kazımovu bir daha təbrik edir, «100 il yaşa» deyirik! Bütün gözəlliklər sənin olsun!

DOĞUM GÜNÜN MÜBARƏK OLSUN, SABİT BƏY!

ALLAH HƏR ZAMAN QƏLBİNİ SIXINTIDAN, BƏDBİNLİKDƏN QORUSUN!

BÜTÜN ARZULARIN ÇİN OLSUN!

DAİMA XOŞBƏXT YAŞA, ÖMRÜN UZUN OLSUN!

HƏMİŞƏ ÜZÜN GÜLSÜN, ÜRƏYİN SEVİNSİN!

Dərin hörmətlə, Musayev Salman Calal oğlu

Bu xəbəri paylaşın: